Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzində bir araya gəldi - FOTOLAR
İyunun 30-da Marsol Group partnyorları "İşgüzar Səhər Yeməyi" çərçivəsində Abşeron Ticarət Mərkəzini ziyarət ediblər.
azxeber.com xəbər verir ki, görüşdə İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) İdarə Heyətinin sədri və Marsol Groupun təsisçisi Tural Mustafayev çıxış edərək biznes subyektləri arasında əlaqələrin gücləndirilməsinin, yerli sahibkarlığın inkişafında tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıb.
Həmçinin Abşeron Ticarət Mərkəzinin direktoru Araz Rəhimov mərkəzin fəaliyyəti, müəssisələrə yaradılan şərait və infrastruktur barədə iştirakçıları məlumatlandırıb.
Sahibkarlar biznes istiqamətləri barədə məlumat paylaşaraq, qarşılıqlı əməkdaşlıq üçün imkanları müzakirə ediblər.
Daha sonra sahibkarlar Abşeron Ticarət Mərkəzi ilə yaxından tanış olub, mərkəzin infrastrukturu, fəaliyyət istiqamətləri, mağaza konsepsiyası və sahibkarlar üçün təqdim etdiyi imkanlar barədə ətraflı məlumat əldə ediblər.
Abşeron Ticarət Mərkəzi biznes icmasının nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsinə və yeni tərəfdaşlıqların qurulmasına xüsusi önəm verməyə davam edir.
Görüşdə 2026-cı il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətlərə "Üzvlük" sertifikatı və "Partnyorluğun simvolu" olan yaxa nişanı da təqdim edilib.












Turlar.az [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır