Masazırda məktəbdə qızlara patı paylayırlar? - "Sən köksən, bunu iç, arıqla

Masazırda məktəbdə qızlara patı paylayırlar? - Məktəblərin yaxınlığında şagirdlərə müxtəlif yaşlı kişilər, hətta qadınlar tərəfindən narkotik maddə, daha çox "şüşə", "patı" təklif olunması barədə mütəmadi olaraq iddialar səsləndirilir.
azxeber.com lent.az-a istinadən bildirir ki, övladı Masazır məktəblərindən birində təhsil alan G.M. adlı valideyn 12 yaşlı qızına "patı" verildiyini iddia edir.
O, övladına bir qadının bu maddəni verdiyini deyib: "Uşağa bir qadın yaxınlaşıb, yumru, parlaq 2 ədəd dərman kimi vasitəni verərək, "sən çox köksən, arıqlamaq üçün 2 dənə iç, gözəl qız olacaqsan" deyib. Qızım onları ovcunda sıxıb evə gətirib. Mənə göstərib olanları danışdı. Mən dərhal anladım ki, bu, narkotik ola bilər. Çünki neçə vaxt idi kök oğlan və qızlara onu arıqlama dərmanı adı ilə paylayırdılar".
Ətraflı
Valideynin sözlərinə görə, məktəbn direktoru və müəllimlər hadisədən xəbərdardırlar: "Mənim kimi başqa valideynlər də məktəb direktoru, müəllimlərə bu barədə deyiblər. Müəllimlər uşaqlara məktəbin həndəvərində, küçədə tanımadıqları adamdan nəsə almamağı tapşırır. Bir dəfə də uşaqlara pulsuz şəkər pambığı paylayırdılar. Səbəbini soruşduqda, dedilər ki, elə-belə paylayırıq. Kim bunu edir, niyə edir bilmədim. Onları uşaqların əlindən alıb atdım. Oğlan uşaqlarına da müxtəlif şirnikləndirici təkliflər edirlər".
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məsələ ilə bağlı Bakupost.az -a açıqlamasında bildirib ki, iddialar araşdırılır:
"Nəticəsi olduğu təqdirdə mətbuata məlumat veriləcək".

Sosial       Tarix: 23 may 2022
f Paylaş

Oxşar xəbərlər

ADNSU əməkdaşının məqaləsi "Times Higher Education" platformasında dərc olundu

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirlinin ali təhsil müəssisələrində sosial media kommunikasiyasına həsr olunmuş məqaləsi beynəlxalq nüfuzlu"Time

Bakı-Astara magistralında qəza: Avtomobil piyadanı vurdu

Bakı-Astara magistral yolunda avtomobil piyadanı vurub. Hadisə magistral yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, minik maşını 1990-cı il təvəllüdlü Aynur Zəbiyevanı vurub. Zərərçəkən ağı

Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək

15 noyabr 2026-cı il tarixində Hilton Baku otelində GLC International Education Fair – Beynəlxalq Təhsil Sərgisi keçiriləcək. GLC Global Learning Centre tərəfindən təşkil olunan beynəlxalq sərgidə dünyanın 16 ölkəsindən 50-də

Naxçıvanda qəzada ölən qazi dəfn edilib

Naxçıvan-Ordubad magistral yolunda, Aşağı Əylis kəndi yaxınlığında baş verən qəzada həyatını itirən qazi Hüseynalı Hüseynəliyev dəfn edilib. xəbər verir ki, ehtiyatda olan kapitan, qazi H.Hüseynalıyev Naxçıvan şəhər qəbiristanlığınd

Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb. Hərəkətdə olan "Changan"

Qubada ağır qəzada ölən gəncin fotosu

Quba rayonunun Tüləkəran kəndi ərazisində qeydə alınan ağır qəzada ölən 2003-cü il təvəllüdlü Fəqan Ədilovun fotosu yayılıb. Qeyd edək ki, hadisə zamanı "Lada Niva" markalı avtomobil dərəyə aşıb. Qəza nəticəsind

Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub

Azərbaycan, Braziliya, Türkiyə və Avstraliyanın birgə hazırladığı "Belém Missiyası – 1,5C" hesabatı Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində ictimaiyyətə təqdim edilib. -un xəbərinə görə, bu barəd

"Gənclərin ailə qurmağa marağı azalır

"Gənclərin ailə qurmağa marağı azalır". Bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasını

Şəhidin ata-anası qəzada yaralandı - Fotolar

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Çeşməbasar kəndi ərazisində qeydə alınıb. "KamAZ" və "Hyundai" markalı avtomobillərin toqquşmas


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən şad xəbər son.xeberler sosial yardim son.xabar