"Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" mövzusunda beynəlxalq konfrans keçirilib

3 sentyabr tarixində Bakı Təşəbbüs Qrupu tərəfindən "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Qəmər Adaları İttifaqının BMT-də, Cənubi Afrikada və digər regionlarda fəaliyyət göstərmiş səfirləri, "Maore Komitəsi", "Üçüncü Yol Kollektivi (C3V)", "Demokratik Cəbhə", "Qəmər adalarının bütövlüyü və suverenliyinin müdafiəsi üzrə Kollektiv" təşkilatları, Mayot adasının təmsilçiləri, o cümlədən Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri, habelə səfirlər, Beynəlxalq təşkilatların nümayəndələri, professorlar, ekspertlər, Beyin mərkəzlərinin təmsilçiləri və media nümayəndələri iştirak edib.
KONKRET.az xəbər verir ki, konfrans zamanı Mayotun işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası tərəfindən qəbul edilmiş çoxsaylı qətnamələr, Fransanın bu qətnamələrə əməl etməməsi və Qəmər Adaları İttifaqının beynəlxalq səviyyədə ərazisi kimi tanınan Mayot adasını azad etməmək üçün istifadə etdiyi qeyri-qanuni fəaliyyətlər haqqında geniş fikir mübadiləsi aparılıb. Mayotun "referendum" vasitəsilə Fransaya birləşdirilməsi və Qəmərlilərə vurulmuş ziyan, həmçinin, Fransız müstəmləkəçiliyinin nəticələri barədə ətraflı məlumat verilib.
Qəmər Adalarının təmsilçiləri bildiriblər ki, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan istifadə edərək məqsədli şəkildə Mayotun işğalı məsələsini lokallaşdırıb, eləcə də işğal faktının beynəlxalq təşkilatlar səviyyəsində saxlanılmasına imkan vermir, bununla bağlı bütün təşəbbüsləri bloklayıb.
1995-ci ildən bəri Fransa BMT-də Mayotun işğalı ilə bağlı qətnamələrin qəbul olunmaması ilə bağlı digər dövlətlərə təziq göstərir, bundan əvvəl qəbul olunmuş sənədləri icra etməkdən boyun qaçırır.
Konfrans çərçivəsində flaşmod təşkil edilərək Qəmər Adaları İttifaqının ərazi bütövlüyünə tam dəstək ifadə olunub.
Tədbirin sonunda iştirakçılar tərəfindən Yekun Bəyanat qəbul edilib. Eyni zamanda
Maore Komitəsi ilə Bakı Təşəbbüs Qrupu arasında əməkdaşlığa dair Memorandum imzalandı.
Qeyd edək ki, Maore Komitəsinin əsas hədəfi Mayotu Qəmər Adaları ittifaqının tərkibinə qaytarmaqdır.

Siyasi       Tarix: 05 sentyabr 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Baku TV': Azərbaycan COP31-də yaşıl enerji hədəflərini nümayiş etdirir

Azərbaycan COP31 çərçivəsində iqlim siyasəti və ekoloji təşəbbüsləri ilə yanaşı, milli dəyərləri, mədəniyyət və yaşıl enerji hədəflərini də təqdim edir. xəbər verir ki, bu barədə "Baku TV"nin hazırladığı süjetd

Finlandiya və Norveç Rusiyadan olan idmançılara qapıları bağladı – Müharibə bitənədək ölkəyə giriş qadağan edildi

Finlandiya və Norveç Ukraynaya qarşı müharibə başa çatana qədər Rusiyadan olan idmançıların ölkələrinə girişinə qadağa qoyub. xəbər verir ki, yeni qərara əsasən, rusiyalı idmançılar bu ölkələrin ərazisində keçirilən beynəlxal

Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Blu

Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva noyabrın 11-də Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsind

Türkiyə Ermənistanla sərhədi açır?

Türkiyə Ermənistanla dəmir yolu sərhəd-keçid məntəqəsinin və Alican avtomobil sərhəd-keçid məntəqəsinin açılması üçün zəruri hazırlıqları tamamlayıb. xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadi

Azərbaycan və Britaniya arasında razılaşma: Yeni iş yerləri yaradılacaq

Azərbaycan və Böyük Britaniya ticarət, investisiya, enerji və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirəcək, həmçinin Orta Dəhlizin inkişafını dəstəkləyəcəklər. xəbər verir ki, sözügedən məsələ Azərbaycan Respublikas

Donbas Rusiyaya verilsin, Finlandiya NATO-dan çıxsın – Rusiyanın məqsədi nədir?

Ukraynada müharibənin dayandırılması ilə bağlı diplomatik müzakirələr davam edir. Tərəflər arasında müharibənin başa çatdırılması üçün müxtəlif təkliflər və şərtlər gündəmə gətirilir. Rusiyanın irəli sürdüyü iddia oluna

XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb

Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə medianın sualına cavab olaraq bildirib. O qeyd edib ki, noyabrın 12-d

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycanın əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. xatırladır ki, Konstitusiya 31 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsində


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber.az son xeberler son xeberler azerbaycan en son xəbərlər bugün metbuat