"McDonald"s Azərbaycan" dünya çempionu olan gənc karateçini dəstəklədi - FOTO

Beynəlxalq arenada yüksək nəticələr əldə edən gənc idmançıların hekayələri getdikcə daha çox qürur mənbəyinə çevrilir.
Belə nümunələrdən biri 10 yaşlı Fəqan Ağacabəyovdur — o, ehtiyatda olan kapitan, "Vətən müharibəsi iştirakçısı" və "Hərbi xidmətdə fərqlənməyə görə" medalları ilə təltif olunmuş Vətən müharibəsi qazisi İsmayıl Ağacabəyovun oğludur.
İstanbulda keçirilən WSF Shotokan üzrə 16-cı dünya çempionatında Fəqan qızıl medal qazanıb.
Fəqan Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin şagirdidir və peşəkar şəkildə karate ilə məşğul olur. Yaşının az olmasına baxmayaraq, o, artıq dəfələrlə respublika və beynəlxalq yarışların qalibi olub. Onun aktivində Macarıstan, Türkiyə və Bolqarıstanda keçirilən Avropa çempionatları və beynəlxalq turnirlərin qızıl medalları var.
İdmançı növbəti uğurunu İstanbulda keçirilən dünya çempionatında qazanıb. Güclü rəqabət şəraitində Fəqan bütün döyüşlərdə qalib gələrək dünya çempionu adına layiq görülüb.
Fəqanın beynəlxalq turnirdə iştirakı McDonald"s Azərbaycan tərəfindən dəstəklənib — şirkət onun uçuş və yarış xərclərini qarşılayıb.
Bakıya qayıtdıqdan sonra Fəqan üçün McDonald"s restoranlarından birində görüş təşkil olunub. Görüşdə McDonald"s Azərbaycan Müşahidə Şurasının sədri Fərid Əlizadə, McDonald"s Azərbaycan-ın Baş direktoru Oskar Boqopolskiy və Dövlət Sosial Müdafiə Fondunun Layihələrin idarə olunması departamentinin rəhbəri Elnur Məmmədov iştirak ediblər. Onlar Fəqanı qələbə münasibətilə təbrik edib və ona uğurlar və yeni nailiyyətlər arzulayıblar.
Dəstək McDonald"s Azərbaycan ilə Dövlət Sosial Müdafiə Fondu arasında imzalanmış əməkdaşlıq Memorandumu çərçivəsində göstərilib. Memorandum korporativ sosial məsuliyyət layihələrinin həyata keçirilməsinə və Vətən müharibəsi şəhidlərinin və qazilərin ailələrinin uşaqlarına dəstəyə yönəlib.
Son illər ərzində McDonald"s Azərbaycan Dövlət Sosial Müdafiə Fondu ilə birlikdə bir sıra sosial, təhsil və yaradıcılıq təşəbbüslərini həyata keçirib. Bunlara şəhid ailələrinin uşaqlarının məktəb ləvazimatları ilə təmin olunması, təhsil proqramlarının dəstəklənməsi və beynəlxalq olimpiadalarda iştirak, yay istirahətinin təşkili, eləcə də McDonald"s restoranlarında uşaqlar üçün tədbirlərin keçirilməsi daxildir.
/ azxeber.com

İqtisadiyyat       Tarix: 05 may 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Birekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələrigenişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını vəəmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib. xəbə

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. xəbər verir ki, Azərbaycand

İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?

Bakının Yasamal rayonunda yerləşən Park Yasamal yaşayışkompleksində hazır, tam təmirli mənzillərin satışı davam edir. Kompleksdə 2otaqlıdan 4 otaqlıya qədər müxtəlif planlaşdırmaya malik mənzil seçimləri,eləcə də şəxsi bağçal

8 Noyabr – Zəfər Günü ilə əlaqədar Şəkidə "Qəhrəmanlar Bağı" layihəsi həyata keçirilib

Qırmızı Ürəklər Fondu 2021-ci ildən etibarən I və II Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə ölkənin bir sıra şəhər və rayonlarında ağacəkmə aksiyaları həyat

Nərimanovda mənzillər üçün yeni satış şərtləri - FAİZSİZ

Nərimanovda təməldən mənzillərin FAİZSİZkreditlə satışı davam edir!. Bakının Nərimanov rayonunda yerləşən CityGarden Narimanov yaşayış kompleksində yeni mərhələ üzrə mənzillərin təməldənsatışına başlanılıb. Alıcılar üçü

"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO

30 oktyabr tarixində İşgüzar Quba–Şabran səfəri çərçivəsində Marsol Group üzvü olan sahibkarlar və region sahibkarlarının iştirakı ilə Quba rayonunda "İşgüzar Səhər Yeməyi" təşkil olunub. xəbər verir ki, görüşd

Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. xəbər verir ki, bu barədə hüquqşünas, maliyyə eksperti Əkrəm Həsənov sosial şəbəkə hesabında yazıb. O

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

HONOR X9e Pro: Sərhədlərə meydan oxu

İnanılmaz zərbəyə dayanıqlılıq, 10 metrədək dərinlikdə suya davamlılıq və 11 00 mAh tutumlu güclü batareya — yeni HONOR X9e Pro sərhədlərə meydan oxuyanlar üçün yaradılıb. HONOR premium dizaynı, müstəsna möhkəmliyi və uzunmüddətl


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən xəbərlər cəbhədən yeni xəbərlər xeber az ən son xəbərlər bugün