Məcburi köçkünlərin yaşadığı ərazidə sürüşmə baş verib

Məcburi köçkünlərin yaşadığı ərazidə sürüşmə baş veribAvqustun 8-də Mingəçevir şəhərindəki keçmiş turist bazasında (Turbaza), məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı ərazidə torpaq sürüşməsi baş verib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Open.az-a verilən məlumata görə, Dövlət Komitəsinin nümayəndələri hadisə yerində olublar.
Hadisə nəticəsində ikisi Ağdam, biri Kəlbəcər rayonundan olmaqla 3 məcburi köçkün ailəsinin müvəqqəti yaşayış yerinə ziyan dəyib. Dövlət Komitəsi həmin yaşayış yerlərində qısa müddətdə zəruri təmir-bərpa işləri aparacaq.
Mingəçevir şəhərindəki "Turbaza" adlanan ərazidə 50-yə yaxın məcburi köçkün ailəsi yaşayır. Bu ailələrin əksəriyyəti Ağdam və Kəlbəcər rayonlarından olan məcburi köçkünlərdir. Onların yeni yaşayış sahələrinə köçürülməsi məsələsinə bölgədə məcburi köçkünlər üçün gələcəkdə yeni qəsəbələr salınarkən mövcud qaydalar çərçivəsində baxılacaqdır.
Xatırladaq ki, indiyədək Mingəçevirdə 2004-cü ildə 412 ailəlik "Yeni həyat" qəsəbəsi, 2013-cü ildə 504 ailəlik qəsəbə, 2015-ci ildə 594 mənzilli ümumilikdə 1510 ailəlik üç qəsəbə istifadəyə verilib.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" və Bakı şəhəri ərazisində məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üzrə Tədbirlər Planı – Yol xəritəsinə uyğun olaraq, məcburi köçkünlər üçün yeni yaşayış sahələri inşa edilir. 2020-ci ildə 7 mindən çox məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılması nəzərdə tutulub.

Hadisə       Tarix: 09 avqust 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Gəncədə maşınlar toqquşdu - Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, hadisə Azərbaycan bayrağı küçəsində qeydə alınıb. Belə ki, "KİA" markalı avtomobillə "Toyota Prius" markalı maşın toqquşub. İlkin məlumat

Cəlilabadda azyaşlı yüksək hərarətdən öldü

Cəlilabadda azyaşlını yüksək hərarətdən qıcolma tutub. xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, 10 yaşlı A. Y. yüksək hərarət səbəbilə qıcolma keçirib və o, dünyasını dəyişib. Faktl

Mask yenə Ukrayna ordusuna maneə yaratdı

"Starshield"in tətbiq etdiyi məhdudiyyətlər Ukrayna hərbçilərinin bütün əməliyyatlarının həyata keçirilməsinə mane olur. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb. Məlumat

Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi

Bakıda başqasının torpağını qanunsuz zəbt etməkdə təqsirləndirilərək axtarışa verilən 74 yaşlı qadın həbs edilib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, cinayət işi üzrə məhkəməyə gəlmədiyinə görə axtarışda olan Qədə

Eldar Azadov vəfat etdi

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) rektorunun tədris-metodiki məsələlər üzrə məsləhətçisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Eldar Həsənxan oğlu Azadov vəfat edib. xəbər verir ki, bu barədə UNEC-in Mətbua

Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi

Lənkəran rayonunda zəhərlənmə şübhəsi ilə 9 nəfər (1 qadın, 1 kişi, 7-si uşaq olmaqla) 11.11.2026-cı il tarixində saat 10:00 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. xəbər verir ki, bu barədə TƏBİB-də

Minaya düşən traktorçunun bir əli amputasiya olundu

Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində mina partlayışı nəticəsində xəsarət alan traktorçu əməliyyat olunub. xəbər verir ki, hadisə zamanı xəsarət alan Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü İsgəndər Adil oğlu İsmayılovu

Arvadının vurduğu iynədən şoka düşərək ölən kişi rəis imiş

Xəbər verdiyimiz kimi, Lənkəran rayonunda 56 yaşlı Rasim Qasım oğlu Qasımov iynədən şoka düşərək ölüb. oxuaz-a istinadən xəbər verir ki, R.Qasımov vəzifəli şəxs imiş. Belə ki, o, "Azərişıq" ASC-nin idarələrini

Mingəçevirdə yük maşını bataqlıqda batdı

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Mingəçevir su anbarı yaxınlığında yük avtomobilinin bataqlıqda batması və vətəndaşların çətin keçilən ərazidə köməksiz vəziyyətdə qalması barəd


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son durum cəbhədən görüntülər xeber saytlari sou biznes