Medvedev dünyaya səsləndi: "Bu halda bəşəriyyət məhv olacaq, "Apokalipsis" baş verəcəkdi"
"Putinlə Trampın danışıq aparması dünya üçün çox vacibdir".
KONKRET.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
O, opponentləri Rusiyanı "diz çökdürə" bilməyəcəklərini mümkün qədər tez başa düşməyə çağırıb.
"Rusiya prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında baş tutan söhbət özlüyündə çox önəmlidir. Çünki iki ölkə arasında pozulmuş münasibətlərə görə dünya "Apokalipsis"in astanasında idi. ABŞ-ın əvvəlki administrasiyası bütün əlaqələri ən yüksək səviyyədə məhdudlaşdırmışdı. ABŞ-ın Bayden dövründə bütün dünyanı idarə etmək cəhdi insanlığın məhvi bahasına başa gələcək böyük səhv idi. Hərçənd, nüvə apokalipsisi təhlükəsi hələ də qalmaqdadır və ABŞ Rusiya ilə dialoqun zəruriliyini dərk etməsə, bu, daha kəskin forma alacaq".
Medvedev həmçinin rəqiblərini Rusiyanı "diz çökdürmək" istəyindən vaz keçməyə çağırıb.
"Bu, prinsipcə çox təhlükəlidir. Çünki bizi diz çökdürmək mümkün deyil. Rəqiblərimiz bunu nə qədər tez başa düşsələr, bir o qədər yaxşıdır", – deyə Medvedev vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Keçmiş nazirə ağır itki
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
İranda işçiləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var
Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi
Bakıda 34 yaşlı qadının bıçaqlanmasının təfərrüatı məlum oldu
Gələn il pensiyalar belə artırılacaq
Qarabağa köçən məşhurlar - SİYAHI
Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək