Məhbus həbsxanada öldü: Nəvəsinin gözü qarşısında gəlininin boğazını KƏSMİŞDİ
Azərbaycanda daha bir məhbus həbsxanada ölüb.
azxeber.com "Lent.az"a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb.
Orada saxlanılan, 84 yaşlı Nəcərov Amaxan Əlayəddin oğlu dünyasını dəyişib. Onun ürəktutmasından öldüyü bildirilir.
Qeyd edək ki, 84 yaşlı Qusar rayon sakini A. Nəcərov 2015-ci ildə gəlini 1977-ci il təvəllüdlü Sevinc Məmmədovanı oğlu və azyaşlı nəvəsinin gözləri önündə əvvəlcə ov tüfəngi ilə vurub. Sonra onun ölmədiyini görüb və nəvəsinin yalvarışlarına baxmayaraq, gəlinin boğazını kəsib. A. Nəcərov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 18 il 6 aylıq azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsini qərarı ilə isə onun cəzası 1 il azaldılıb.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı
Ceyhun Bayramov Mirzoyanla görüşəcək