Məhəmməd Salah yeni uğura imza atdı
İngiltərənin "Liverpul" komandasının futbolçusu Məhəmməd Salah UEFA Çempionlar Liqasında yeni uğura imza atıb.
KONKRET.az-ın məlumatına görə, 30 yaşlı hücumçu buna İtaliyada "İnter"i 2:0 hesabı ilə məğlub etdikləri 1/8 final mərhələsinin ilk oyununda nail olub.
83-cü dəqiqədə ikinci qola imza atan misirli forvard qitənin bir nömrəli klub turnirində 50-ci görüşündə 33-cü dəfə fərqlənib. Salah bu göstəriciyə görə yalnız iki oyunçudan geri qalır.
Almaniya "Bavariya"sında çıxış edən Robert Levandovski 50-ci matçında 36, hazırda İngiltərə "Mançester Yunayted"ində oynayan Kriştianu Ronaldu isə 51-ci qolunu vurmuşdu.
Qeyd edək ki, Məhəmməd Salah cari mövsüm "Liverpul"da bütün turnirlərdə 29 oyuna çıxıb, 24 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Turlar.az [newsid: 0-123300]

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu