Məhkəmə mülk üstündə qardaşı arvadını döyən qadınla bağlı qərar çıxardı

Məhkəmə mülk üstündə qardaşı arvadını döyən qadınla bağlı qərar çıxardıGəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Məleykə Lətifovanın (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
KONKRET.azpravdaaz-a istinadən xəbər verir ki, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, təqsirləndirilən şəxs şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı qardaşı arvadı İnarə Salamovanın (adı, soyadı şərtidir) sağlamlığına qəsdən yüngül zərər vurub.
Belə ki, hadisə 2025-ci il tarixdə saat 21 radələrində Gədəbəy rayonunda baş verib.
Məlumata görə, 1979-cu il təvəllüdlü Məleykə Lətifova özünə məxsus evin həyətində qardaşı arvadı İnarə Salamova ilə mülk məsələsi səbəbindən mübahisə edib. Mübahisə zamanı tərəflər arasında şəxsi münasibətlərin pozulması zəminində yaranmış münaqişə daha da kəskinləşib. Sonra Məleykə Lətifova qardaşı arvadını əl-qol zərbələri və daş parçası ilə döyüb.
Nəticədə zərərçəkmiş şəxsin boyun nahiyəsində sıyrıq, sol bazusunda şişkinlik və geniş ölçülü qançır, həmçinin sol dizində şişkinlik yaranıb.
Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri kimi qiymətləndirilib.
Beləliklə, təqsirləndirilən şəxsin qardaşı arvadının sağlamlığına qəsdən yüngül zərər vurduğu müəyyən edilib.
Gədəbəy Rayon Məhkəməsinin hökmü ilə Məleykə Lətifova Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib. Ona 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Lakin məhkəmə hökmündə "Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında" Milli Məclisin 2025-ci il tarixli qərarının müddəalarını da nəzərə alıb. Belə ki, həmin qərarın 1.12 və 5.1-ci bəndlərinə əsasən, təqsirləndirilən şəxsə təyin edilmiş 6 aylıq azadlığın məhdudlaşdırılması cəzasından azad edilməsi qərara alınıb. Bununla yanaşı, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.

Hadisə       Tarix: 12 avqust 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Su bidonuna düşən 7 yaşlı uşaq öldü

Şamaxıda bədbəxt hadisə baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxının Çuxuryurd kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı Çuxuryurd kəndindəki evin həyətində su ilə dolu olan bidona düşməs

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki

Meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi

Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiyası edilən Tovuz sakini vəfat edib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, Rəşad Məmmədliyevin həkimə gedən zaman qəfil halı pisləşib. Müayinə zamanı onun öldüyü məlu

Salyanda ağır qəza: ölən var

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakin

SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA

Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib. Qeyd edə

Aeroport yolunda nə baş verir? - Təcili məlumat yayıldı

Bakının Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbindən "Koroğlu" metro stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektua

AZAL təyyarəsi Bakıya uça bilmədi - SƏBƏB

Oktyabrın 17-də Rusiyanın bir sıra hava limanlarında kütləvi PUA hücumları səbəbilə uçuş cədvəllərində pozuntular qeydə alınıb. -a istinadla xəbər verir ki, Moskvanın Şeremetyevo və Vnukovo, Sankt-Peterburqun Pulkovo, Yekaterinburqu

Kişi arvadını və 3 yaşlı uşağını bıçaqladı

Lənkəran şəhərində kişi həyat yoldaşına və azyaşlı oğluna bıçaqla xəsarət yetirib. KONKRET.azTeleqraf-a istinadla xəbər verir ki, hadisə şəhərin Zərifə Əliyeva küçəsində, "Müəllimlər Binası" kimi tanınan yaşayı

Məhkəmə kafe sahibini bıçaqlayan şəxslərlə bağlı qərar çıxardı

Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Əkbər Bəşirov, Ömər Kərimov və Həsən Bəhmənovun (hər üçünün adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta məzənnələri cəbhədən son görüntülər cəbhədən xəbər xabarlar