Məhkəmə: O adamdan qan çıxmalı idi, buna icazəm var

Məhkəmə: O adamdan qan çıxmalı idi, buna icazəm varMəşədi Dadaş məscidinin imamına qarşı sui-qəsd cəhdində, iki və daha çox şəxsi öldürməyə cəhd etməkdə təqsirləndirilən Elşən Fəxrəddin oğlu Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
KONKRET.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə sənədlər tədqiq edilib.
Hakim Elşən Hüseynovdan əməlindən peşman olub-olmadığını soruşub. Təqsirləndirilən şəxs bildirib ki, o, Rəsul Həsənlini öldürmək niyyətində olub və əməlindən peşman deyil:
"Mənə dörd ay imamla görüşməyə izn vermədi. O adamdan qan çıxmalı idi. Mən imam elan olunduğum üçün buna icazəm var. Mənə hər şey olar".
Cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti prosesi dekabrın 24-nə təyin edilib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan araşdırmalarla müəyyən olunub ki, 2023-cü ilin dekabrın 30-da Elşən Hüseynov Nəsimi rayonunda yerləşən Məşədi Dadaş məscidinə bıçaqla daxil olaraq, oranın imamı olan və ictimai xadim sayılan Əli Şərbətovun xidməti fəaliyyətinə son qoymaq niyyəti ilə ona sui-qəsd etmək qərarına gəlib.
Elşən Hüseynov Əli Şərbətovun otağına daxil olmaq istəyərkən məscidin xidmətçisi Rəsul Həsənli onun qarşısını alıb. Bu zaman Elşən Hüseynov Rəsul Həsənlini qəsdən öldürmək məqsədilə ona çoxsaylı bıçaq xəsarətləri yetirib. Elşən Hüseynov Rəsul Həsənlinin müqaviməti səbəbindən Əli Şərbətovun xidməti otağına girə bilməyib. Bu səbəbdən o, Əli Şərbətova sui-qəsd istəyini reallaşdıra bilməyib.
Elşən Hüseynova DTX tərəfindən AR Cinayət Məcəlləsinin 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü öldürməyə cəhd), 29, 120.2.6 (başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədilə adam öldürməyə cəhd) 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29, 120.2.11 (Terrorçuluqla əlaqədar adam öldürməyə cəhd), 29, 120.2.12 (dini ədavət niyyəti ilə adam öldürməyə cəhd) və 277-ci (İctimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə ittiham irəli sürülüb./axaraz

Hadisə       Tarix: 11 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Masallıda şəhid atası vəfat edib - Foto

Masallı rayonunda şəhid Bəşir Nuriyevin atası vəfat edib. -a istinadən xəbər verir ki, vəfat edən şəxs rayonun Binə Xocavar kənd sakini Nuru Nuriyevdir. Qeyd edək ki, Bəşir Nuriyev I Qarabağ müharibəsi zamanı 1994-cü ild

Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi

Bakıda başqasının torpağını qanunsuz zəbt etməkdə təqsirləndirilərək axtarışa verilən 74 yaşlı qadın həbs edilib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, cinayət işi üzrə məhkəməyə gəlmədiyinə görə axtarışda olan Qədə

İzmirdə fabrikdə güclü partlayış: ölənlər var

İzmirdə fabrikdə güclü partlayış baş verib. xəbər verir ki, bu barədə NTV məlumat yayıb. Bildirilib ki, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğı

Tanınmış azərbaycanlı biznesmenə hökm oxundu

Rusiyanın paytaxtı Moskvada bir neçə iri ticarət mərkəzinin keçmiş ortaq sahiblərindən olan, əslən azərbaycanlı iş adamı Solomon Manaşirov qiyabi olaraq 12 il müddətinə azadlıqdan məhrum edilib. modernaz-a istinadən xəbə

Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi

Lənkəran rayonunda zəhərlənmə şübhəsi ilə 9 nəfər (1 qadın, 1 kişi, 7-si uşaq olmaqla) 11.11.2026-cı il tarixində saat 10:00 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. xəbər verir ki, bu barədə TƏBİB-də

Ordubadda obyektə zərər vuran şəxs saxlanıldı

Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, Ordubad rayonunun Vənənd kəndində sahibkara məxsus obyektin qarşısındakı əraziyə ağır texnika vasitəsilə zərər vurulmas

Azərbaycanda həkim vəfat etdi

Tanınmış həkim Mirnizam Vahabov dünyasını dəyişib. xəbər verir ki, mərhum bu gün uzun illər fəaliyyət göstərdiyi Masallı rayonunda torpağa tapşırılıb. Onun vəfatı yaxınları, həmkarları və onu tanıyanlar arasında kədər doğurub

Bakıda kişi evində ölü tapıldı

Bakı sakini evində ölü halda tapılıb. -ınxəbərinə görə, hadisə Binəqədi rayonu, A.Məmmədov küçəsində baş verib. 44 yaşlı Ramil Rafiq oğlu Tağıyevin meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb

Şəhid anası faciəvi şəkildə öldü

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 met


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bu qun cəbhədən son görüntülər valyuta məzənnələri en son xəbərlər bugün