Məhkəmə-tibb ekspertləri: Maradonanın ölümü qəfil baş verməyib
Əfsanəvi futbolçu və baş məşqçi Dieqo Maradonanın nəşinin yarılması onun ölümünün qəfil baş vermədiyini və səhhətinin xəstəxanaya yerləşdirilməsini tələb etdiyini göstərdi.
KONKRET.az xəbər verir ki, bu barədə məhkəmə-tibb ekspertləri keçmiş futbolçunun ölümü ilə bağlı məhkəmə iclasında bildiriblər.
"Daxili orqanlardakı maye bir neçə gün ərzində yığılıb. Onun vəziyyəti kifayət qədər proqnozlaşdırılırdı. Söhbət qəfil və gözlənilməz ölümdən getmir", – məhkəmə-tibb eksperti Karlos Maurisio Kassinelli bildirib.
Meyitin yarılması Maradonanın daxili orqanlarında çoxlu miqdarda mayenin yığıldığını göstərdi – ürəyi normadan iki dəfə çox olub. Mütəxəssisin fikrincə, evdə Maradonaya qulluq edən tibb işçiləri simptomların pisləşdiyini görməli idilər. Kassinellinin sözlərinə görə, keçmiş futbolçunun vəziyyəti xəstəxanaya yerləşdirilməsini və ya evdə daha yaxından müayinəsini tələb edirdi.
Yarılmada iştirak edən digər məhkəmə-tibb eksperti Federiko Korasaniti deyib ki, Maradonanın ölümündən əvvəl uzun müddətli əzabın olduğunu, ürəkdə qan laxtaları ilə göstərib. "Ultra qısa əzablar ürək kameralarında qan laxtalarının əmələ gəlməsinə imkan vermir, vaxt çatmır. Buna görə də, Maradonanın bədən vəziyyətinə əsaslanaraq, deyirik ki, söhbət bir neçə saatdan gedir", – Korasaniti deyib. Mütəxəssislərin fikrincə, canvermə 12 saata çata bilər.

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?