Mərkəzi Bankdan "Bakı Kart"a qarşı tədbir
Azərbaycan Mərkəzi Bankı (AMB) "K Group" MMC-yə qarşı tədbir görüb.
azxeber.com xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Məlumata görə, qurumun həyata keçirdiyi cari nəzarət prosesləri çərçivəsində təsərrüfat subyektləri ilə hesablaşmaların aparılması, qəbul edilmiş pul vəsaitinin təhlükəsizliyinin təmin edilməsi, AMB-yə təqdim edilmiş hesabatların düzgünlüyü, informasiya təhlükəsizliyi sahəsindəki öhdəliklərə əməl edilməsi təhlil olunub.
Şirkətin ödəniş sahəsində aidiyyəti qanunvericilik və normativ aktların tələblərini pozduğu üzə çıxıb. Bu səbəbdən də "Mərkəzi Bank haqqında" Qanunun 48.2.4-cü və "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanunun 63.1-ci maddələrinə əsasən, "K Group"a münasibətdə təshih tədbirləri tətbiq edilib.
Qeyd edək ki, 2014-cü ildə yaradılan "K Group" MMC paytaxtın ictimai nəqliyyatında istifadə olunan "Bakı Kart"ın operatorudur, nizamnamə kapitalı 23 milyon manatdır.

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu