Mərkəzi Bankın "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" təsdiqləndi

Mərkəzi Bankın Mərkəzi Bankın İdarə Heyəti tərəfindən "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" təsdiq olunub.
KONKRET.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Bildirilib ki, strategiya ölkəmizdə sığorta, kapital bazarları və ödəniş sektorlarının inkişafı, habelə bank sektorunun dayanıqlığının daha da gücləndirilməsi kimi prioritetləri ehtiva edir:
"Burada maliyyə inklüzivliyinin genişləndirilməsi, maliyyə xidmətlərinin əhatəliliyinin artırılması və maliyyə alətlərinin şaxәlәndirilməsi, sektorda sәmәrәliliyin yüksəldilməsi, korporativ idarәetmәnin tətbiqi, habelə şәffaflıq və dayanıqlığının gücləndirilməsi kimi strateji məqsədlər öz əksini tapır.
Strategiya sənədi, həmçinin, hər sektorun ehtimal olunan bazar potensialını, Mərkəzi Bankın müvafiq keyfiyyət tələblərini və risk əsaslı nəzarət mexanizmlərini, rəqəmsal maliyyə, dayanıqlı maliyyə, peşəkar inkişaf və əhalinin maliyyə biliklərinin artırılması kimi istiqamətləri müəyyən edir.
"2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası"nın hədəflərinə nail olunması ölkədə makroiqtisadi və maliyyə sabitliyinə töhfə verəcək, vətəndaşların güclü və dayanıqlı maliyyə sistemindən faydalanmaq imkanlarını daha da artıracaq.
Strategiyanın icrası barədə məlumat illik əsasda ictimaiyyətə təqdim olunacaq".
Strategiya sənədinin əhatəli icmalı ilə bu keçiddən istifadə etməklə tanış ola bilərsiniz.

Sosial       Tarix: 26 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb. Hərəkətdə olan "Changan"

Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb

Bakının Nərimanov rayonunda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyindən (DİN) -a verilən məlumata görə, cinayət əməlini törədən daha 3 nəfər - Y.Cəbiyev, Ə.Hüseynov və B.Bəndəliye

7 uşaq atası söyüşə görə CƏRİMƏLƏNDİ

Qobustanda ictimai məkanda nalayiq ifadələr işlədən şəxs məsuliyyətə cəlb olunub. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 45 yaşlı Malik Süleymanov (şərti adla) telefonla danışarkən uca səslə nalayiq ifadələ

Varlı olanlar üçün əlavə vergi – Hökumətdən yeni qərar tələb edilir

Almaniyada ultra varlı şəxslərin daha yüksək vergi ödəməsi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. "Birlik 90/Yaşıllar" Partiyasının Bundestaqdakı fraksiyası sərvəti 500 milyon avronu ötən şəxslər üçün xüsus

Nigar Kərimova direktor təyin olundu

Nigar Kərimova Genetik Ehtiyatlar İnstitutuna icraçı direktor təyin olunub. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Qeyd edilib ki, digər əmrlə ona institutun baş direktoru vəzifəsinin səlahiyyətlərin

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -a istinadən xəbər verir ki, Ağstafa rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlə

Bu dövlət müəssisələri ləğv oluna bilər - Hesablama Palatasından milyardlıq xəbərdarlıq

Azərbaycanda Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə artıq vergi ödənişlərinin məbləği artıb. xəbər verir ki, bu məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanu

Naxçıvanda qəzada ölən qazi dəfn edilib

Naxçıvan-Ordubad magistral yolunda, Aşağı Əylis kəndi yaxınlığında baş verən qəzada həyatını itirən qazi Hüseynalı Hüseynəliyev dəfn edilib. xəbər verir ki, ehtiyatda olan kapitan, qazi H.Hüseynalıyev Naxçıvan şəhər qəbiristanlığınd

Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək

15 noyabr 2026-cı il tarixində Hilton Baku otelində GLC International Education Fair – Beynəlxalq Təhsil Sərgisi keçiriləcək. GLC Global Learning Centre tərəfindən təşkil olunan beynəlxalq sərgidə dünyanın 16 ölkəsindən 50-də


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən görüntüleri xeber saytlari son xəbərlər bugün 2026 xankendi