Məsələyə NÖQTƏ QOYULDU: "Ərdoğan heç yerə getməyəcək və istefa verməyəcək"

Məsələyə NÖQTƏ QOYULDU: "Türkiyədəki etirazlar hakimiyyəti devirmək potensialında deyil. Digər tərəfdən, Türki artıq bir qazet manşeti və ya bəzi generalların bəyanatı ilə dağılacaq hakimiyyətə sahib deyil. Bunlar keçmiş Türkiyədə baş verə bilərdi. Artıq qardaş ölkənin hakimiyyəti çox güclüdür. Ona görə də, belə bir ssenarinin gerçəkləşəcəyini düşünmürəm. Ərdoğan heç yerə getməyəcək və istefa verməyəcək".
Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Natiq Miri səsləndirib.
Məsələyə NÖQTƏ QOYULDU: "Bəzi gerçəklər ortalığa çıxandan sonra vəziyyət tamamilə fərqli müstəvidə inkişaf edəcək. Çünki həbs olunanlar var. Onların arasında hüquq mühafizə orqanları ilə əməkdaşlığa üstünlük verənlər olacaq. Yəni bir çox gerçəklər ortaya çıxacaq. Bundan sonra etirazları indiki səviyyədə davam etdirmək mümkün olmayacaq. Eyni zamanda etirazlar birmənalı olaraq bütün Türkiyə toplumu tərəfindən qəbul edilmir. Ona görə də, hər şey prosedur qaydasında davam edəcək və vəziyyət məhkəmə ilə müşayiət olunacaq, hüquqi qərarlar veriləcək. Buna görə də, narahatlığa ehtiyac yoxdur. Bu gün Türkiyənin geostrateji mövqeyi qlobal səviyyədə çox möhkəmlənib. Dünənə qədər İmamoğlunu ortaya atıb alət kimi istifadə etməyə çalışan qlobal güclər bu gün onu müdafiə etmirlər. Çünki indiki vəziyyətdə Türkiyə ilə əməkdaşlıq daha üstündür. Ona görə də, bu aksiya ilə hakimiyyət devrilməyəcək".
Türkiyəli ekspert, Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktay saytımıza açıqlamasında bildirib ki, baş verənlər hüquqi prosedurların həyata keçirilməsini labüd edir:

"Hüquqi prosedurlar zamanı hakimlər tərəf tuta bilməyəcəklər. Ancaq hazırki iqtidar İmamoğludan yaxa qurtarmaq üçün addımlar atacaq. Hərçənd baş verən etirazlar da Türkiyəyə yaraşan bir mənzərə deyil. Çüni bir tərəfdən Avropa Birliyinə daxil olmaq məsələsi gündəmə gəlib, digər yandan Tramp-Putin görüşməsinin necə irəliləyəcəyi və Türkiyənin prosesdə necə rol alacağı məsələsi gündəmdədir. Belə bir vəziyyətdə etirazlarla uğraşmaq, Türkiyənin xarici siyasətdəki rolunu olduqca zəiflədə bilər. Suriya başlı-başına qalsa, bu, Türkiyə üçün ciddi təhdid yaradacaq. Bu gün bütün dünyaya demokratiya göstərisi nümayiş etdirən Türkiyənin belə vəziyyətə düçar olması qətiyyən yolverilməzdir.Çünki hökumətin atdığı addımlar daha çox hazırki iqtidarı zəiflədir.Hər halda Türkiyədə etirazların hakimiyyət dəyişikliyinə gətirib çıxaracağını düşünmürəm."
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 24 mart 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İrlandiyadakı tarixi görüş - Kameralara belə düşdü

Məlum olduğu kimi, Dublində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. -ın məlumatına görə, liderlərin görüşü Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısı çərçivəsind

Azərbaycan ABŞ ilə aqrar sahədə əməkdaşlığı genişləndirəcək

Azərbaycan və ABŞ kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Bununla bağlı müzakirələr kənd təsərrüfatı naziri Məcnu

Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu

Bu fotonu görəndə, açığı, dəhşətə gəldim. Belə bir tikintiyə necə icazə vermək olar. Mən peşəkar inşaatçıyam, memar deyiləm. Amma bu nəhəng tikilinin Ağ Evi necə kölgədə qoyduğunu görmək üçün memar olmağa ehtiyac yoxdur

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərində 14 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən ağır yol qəzası ilə bağlı başsağlığı verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X"

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbası təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizi

İlham Əliyev: İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim

Türkiyəli jurnalist, bloqer və təhlükəsizlik analitiki Həmid İxtiyar Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti çərçivəsind

XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb

Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə medianın sualına cavab olaraq bildirib. O qeyd edib ki, noyabrın 12-d

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycanın əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. xatırladır ki, Konstitusiya 31 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsində

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır

Çin Özbəkistan və Qazaxıstanla həftəlik aviareyslərin sayına qoyulan məhdudiyyətləri artırmağa razılıq verib. Eyni zamanda, Mərkəzi Asiyanın iki qonşu ölkəsi arasında imzalanan ayrıca razılaşma Daşkənd, Almatı və Astana istiqamətlərind


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxabar az bugunun xeberleri cəbhədən son xəbər axsam.az xeberler