Messi "Əl-Hilal"ın təklifini QƏBUL ETDİ
PSJ-nin argentinalı hücumçusu Lionel Messi Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun təklifini qəbul edib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı hücumçu kluba keçməyə qərar verib.
Qeyd olunub ki, "Əl-Hilal"ın heyətini Messinin "Barselona"dakı keçmiş komanda yoldaşlarından ikisi, müdafiəçi Jordi Alba və yarımmüdafiəçi Serxio Buskets doldurmalıdır.
Məlumata görə, Buskets Səudiyyə klubu ilə iki illik müqavilə imzalayacaq, Alba isə kataloniyalılarla bir mövsümlük müqavilənin pozulması ilə bağlı danışıqlara başlayacaq.
Xatırladaq ki, 2021-ci ilin avqustunda argentinalı futbolçu PSJ-yə keçib. Onun klubla müqaviləsi 2023-cü ilin iyununa qədərdir.
Daha əvvəl PSJ-nin Messiyə müqaviləni uzatmaq üçün yeni sərfəli təklif etdiyi bildirilirdi.
Qeyd edək ki, PSJ Messini Səudiyyə Ərəbistanına icazəsiz səfər etdiyi üçün iki həftəlik komanda ilə məşqdən kənarlaşdırmışdı.
İqbal Rzayev,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi