Messi və Ronaldu yenidən bir-birinə qarşı oynaya bilər
Səudiyyə Ərəbistanının "Əl-Bilad" qəzetinin jurnalisti Əli Alabdallah "X" sosial şəbəkəsindəki hesabında Çində ABŞ-ın "İnter Mayami" klubu ilə Səudiyyə Ərəbistanının "Əl-Nasr" komandaları arasında oyunun keçirilə biləcəyini yazıb.
KONKRET.azxəbər verir ki, qarşılaşmanı müəyyən beynəlxalq marketinq şirkəti təşkil etmək istəyir.
Bu matçda Lionel Messi və Kristianu Ronaldu da daxil olmaqla bütün ulduz futbolçuların iştirak edəcəyi gözlənilir. Qeyd edək ki, futbolçular artıq 2023-cü ilin əvvəlində bir-biri ilə qarşılaşıblar. Həmin vaxt PSJ Ər-Riyad komandası ilə qarşılaşıb.
Messi iki il PSJ-də oynadıqdan sonra 2023-cü ilin yayında "İnter Mayami"yə keçib. O, ilk oyunda cərimə zərbəsindən qol vuraraq klubda debüt edib. Hücumçunun uğurlu seriyası doqquz oyunda dayanıb.
Ronaldu 2 yanvar 2023-cü ildə "Əl-Nəsr"ə keçdi. Klubla bağladığı müqaviləyə əsasən, o, ildə 200 milyon avro alacaq. Bu mövsüm futbolçu bütün turnirlərdə səkkiz matçda iştirak edib, 9 qol vurub, 5 məhsuldar ötürmə edib.
Report

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi