Mətanət və bacısı güllələndi - Hadisəni görün kim törədib
Türkiyənin Dənizli şəhərinin Pamukkale rayonunda azərbaycanlı bacılara qarşı amansız silahlı hücum təşkil edilib.
KONKRET.az 32gun.az-a istinadən xəbər verir ki ki, hadisə saat 20:00 radələrində Kınıklı məhəlləsi, Şəhid Hekim Munisə Özcan küçəsində qeydə alınıb. Azərbaycan Respublikası vətəndaşı olan 35 yaşlı Mətanət A. 8 yaşlı oğlu və 32 yaşlı bacısı Durna K. ilə birlikdə küçədə park halında olan avtomobilə mindiyi əsnada qorxulu anlar yaşanıb. Bu zaman nəqliyyat vasitəsinə yaxınlaşan və Mətanət A.-nın keçmiş sevgilisi olduğu iddia edilən Sabit Ö. yanında gətirdiyi pompalı tüfənglə avtomobilə ard-arda atəş açıb.
Ətrafdakı şahidlərin xəbər verməsi üzərinə hadisə yerinə dərhal təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Silahlı hücum nəticəsində ayaqlarından xəsarət alan azərbaycanlı Mətanət A. və qolundan yaralanan bacısı Durna K. hadisə yerində edilən ilk müdaxilənin ardından təcili yardımla Pamukkale Universiteti Xəstəxanasına çatdırılıb. Xəstəxanada müalicə altına alınan hər iki bacının həyati təhlükəsinin olmadığı bildirilib, xoşbəxtlikdən avtomobildə olan 8 yaşlı uşaq isə hadisədən xəsarət almadan xilas olub. Hadisədən sonra dərhal qaçaraq uzaqlaşan şübhəli Sabit Ö.-nün yaxalanması üçün polis qüvvələri tərəfindən genişmiqyaslı əməliyyat-axtarış tədbirləri başladılıb və faktla bağlı araşdırmalar davam edir.
Xidmetler [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA