Mətbuat Şurasında Vətən müharibəsində iştirak edən jurnalistlərlə görüş keçirilib

Mətbuat Şurasında Vətən müharibəsində iştirak edən jurnalistlərlə görüş keçirilibBu gün Azərbaycan Mətbuat Şurasında Vətən müharibəsində iştirak etmiş jurnalistlərlə görüş keçirilib.
Bu barədə azxeber.com-a şuradan məlumat verilib.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş övladlarımızın, şəhid media təmsilçilərinin xatirələri bir dəqiqəlik sükutla anılıb.
Tədbiri giriş sözü ilə açan MŞ sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid iştirakçıları Müstəqilliyimizin Bərpası Günü münasibətilə təbrik edib. O, Mətbuat Şurasının indiyədək cəbhədə döyüşmüş media təmsilçiləri ilə əlaqələrindən söz açaraq bildirib ki, Əflatun Amaşov MŞ-yə rəhbərlik etdiyi dövrdə bu kateqoriyadan olan şəxslərə həssas münasibət göstərib. Onların cəbhə xatirələrini yazı şəklinə salmalarını tövsiyə edib.
R.Məcid məsələyə daha sistemli yanaşılacağını, planlaşdırılmış işin – cəbhə jurnalistlərinin xatirələrindən ibarət kitabın nəşrinin həyata keçiriləcəyini vurğulayıb. Toplantıya gəlincə, MŞ sədri tədbirin fikir mübadiləsi, təkliflərin verilməsi, problemlərin dilə gətirilməsi baxımından açıqlığını bildirib. R.Məcid həmçinin, rəhbərlik etdiyi qurumun müharibə vaxtı qələmini süngüyə çevirmiş jurnalistlərə bundan sonra da həssas münasibət göstərəcəyini dilə gətirib.
Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının sədri, "Qaziler.az" saytının rəhbəri, müharibə veteranı Rey Kərimoğlu bildirib ki, jurnalistlər hər zaman cəmiyyətin öndə gedən təbəqələrindən olublar. Vətən müharibəsi dönəmində də bunu sübuta yetirdilər. Həm informasiya cəbhəsində döyüşdülər, həm cəbhə bölgəsinə yollanaraq reportajlar hazırladılar, həm də əllərində silah torpaqlarımızın azadlığı naminə mübarizə apardılar.
MŞ İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Şuranın Vətən müharibəsi günlərində cəbhədə döyüşmüş jurnalistlərə dəstək məqsədilə həyata keçirdiyi tədbirlərdən söz açıb. Məlumat verib ki, həmin müddətdə MŞ İdarə Heyətinin üzvləri onların ailələrinə baş çəkdilər, müəyyən miqdarda maddi yardım göstərdilər, bu şəxslər sonra da diqqətdə saxlanıldılar. M.Ələsgərli onu da bildirib ki, müharibəyə hərbçi kimi yollanmış media təmsilçiləri son dərəcə nümunəvi mövqe ortaya qoydular, jurnalist marağının onlara güc gəlməsinə imkan verməyərək soyuq davrandılar, sırf döyüşçüyə çevrildilər. İH üzvü çıxışında, həmçinin, vaxtilə torpaqlarımızn işğalı nəticəsində məcburi köçkün durumuna düşmüş kütləvi informasiya vasitəsi redaksiyalarının təsnifatının aparıldığını, 22 media orqanından 128 əməkdaşın müəyyənləşdirildiyini diqqətə çatdırıb.
"Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli Vətən müharibəsində cəbhədə döyüşmüş, səfərbərliyə cəlb olunmuş jurnalistlərlə yanaşı, qaynar nöqtələrdə peşə borcunu yerinə yetirmiş media təmsilçilərinin də əməyinin yüksək qiymətləndirilməli olduğunu vurğulayıb. O, rəhbərlik etdiyi təşkilatın mövcud istiqamətdə gördüyü işlərdən söz açıb, birgə fəaliyyətin, qarşılıqlı əməkdaşlığın daha faydalı nəticələr doğuracağına inamını ifadə edib.
MŞ İdarə Heyətinin üzvü, Modern Media Qrupun rəhbəri Elşad Eyvazlı çıxışında cəbhədə döyüşmüş jurnalistlərin xatirələrinin yer alacağı kitabın hazırlanması üzərində dayanıb. Bu istiqamətdə görüləcək işlərdən söz açan İH üzvü ideyanın daha da genişləndiriləcəyini, video müsahibələrin də təşkili imkanlarının dəyərləndiriləcəyini vurğulayıb.
Vətən müharibəsi iştirakçıları olan jurnalistlərdən "Təbib" qəzetinin baş redaktoru Məğrur Əliyev, İTV-nin əməkdaşı Şöhrət Eyvazov, "Ədalət" qəzetinin əməkdaşı Emin Piri, Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədov, "Bakı xəbər" qəzetinin baş redaktoru Nahid Salayev, İTV telekanalının əməkdaşı Xanlar Mehdiyev, ATV telekanalının əməkdaşı Rza Bəbirov, "Cumhuriyyet.az" saytının baş redaktoru Nəsimi Şərəfxanlı və başqaları çıxışlarında Mətbuat Şurasının cəhbədə döyüşmüş jurnalistləri bundan sonra da diqqətdə saxlayacağına inandıqlarını bildiriblər. Onlar Vətən müharibəsi iştirakçıları olmuş media təmsilçilərinin vahid reyestrinin hazırlanmasını, Şuranın saytında onlarla bağlı ayrıca guşənin yaradılmasını, həmçinin, qurumun tərkibində müharibə iştirakçısı olmuş jurnalistlərin məclisinin formalaşdırılmasını təklif ediblər. MŞ sədri R.Məcid səslənmiş təkliflərin qeydə alındığını və Şuranın İdarə Heyətində müzakirəyə çıxarılacağını bildirib.
İclasda müharibə iştirakçısı olmuş media təmsilçilərinin sosial vəziyyətləri istiqamətində də geniş fikir mübadiləsi aparılıb. Xüsusən onların mənzil-məişət şəraiti müzakirəyə çıxarılıb. Bildirilib ki, cəbhədə döyüşmüş jurnalistlər müharibə veteranı kimi müəyyən imtiyazlara malikdirlər. Bu imtiyazlar sırasında mənzil məsələsi üzərində xüsusu dayanılıb. Mövcud kontekstdə jurnalistlərin mənzillə təminatı məsələsinə toxunulub.
Tədbirdə həmçinin cəbhədə döyüşmüş media təmsilçilərinin özlərinin təşkilatlanmalarının, biri-biriləri ilə müntəzəm əlaqə saxlamalarının vacibliyindən söz açılaraq onların Mətbuat Şurası ilə əlaqələrinin tənzimlənməsi üçün koordinator müəyyənləşdirmələri məqsədəuyğun sayılıb. Bu baxımdan "Təbib" qəzetinin baş redaktoru Məğrur Əliyevin namizədliyi üzərində dayanılıb və təsdiqlənib.
Görüşdə maraq doğuran digər məsələlərə də toxunulub, belə toplantıların müntəzəm şəkildə təşkili qərara alınıb.

Sosial       Tarix: 18 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Bu ölkədə cəmi iki faiz əhali vergi odəyir

Hindistanda əhalinin cəmi 2 faizinin vergi ödədiyi bildirilir. Ölkədə iqtisadi fəaliyyətin böyük hissəsinin qeyri-formal sektor çərçivəsində həyata keçirilməsi, kənd təsərrüfatının vergidən azad olması və vergi sistemindək

Bakı-Astara magistralında qəza: Avtomobil piyadanı vurdu

Bakı-Astara magistral yolunda avtomobil piyadanı vurub. Hadisə magistral yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, minik maşını 1990-cı il təvəllüdlü Aynur Zəbiyevanı vurub. Zərərçəkən ağı

Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir

Almaniyanın avtomobil sənayesi dərin böhranla üzləşib. Ştutqartda yerləşən avtomobil istehsalçısı Mercedes-Benz ölkədəki zavodlarına bütün yeni investisiyaları müvəqqəti dayandırmaq qərarına gəlib. xəbər verir ki, şirkə

Nazir müavininin oğlunun toyunda qadağa

Xəbər verdiyimiz kimi, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlu, 36 yaşlı Rüstəm Hacıyev ötən gün evlənib.  Axşam.az-a istinadla xəbər verir ki, o, 20 yaşlı rusiyalı bloger Avrora Kiba ilə nika

Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb

Cəlilabad rayonunda azyaşlının ölümü ilə nəticələnən hadisə baş verib. -a istinadən xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Məlumata görə, 10 yaşlı A.Y. yüksək hərarət səbəbindən qıcolma keçirərə

Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan

Mustafa Kamal Atatürkün mirasından sui-istifadə edənlər onilliklər ərzində bu millətə yuxarıdan aşağı baxdılar. Qazinin fikirlərini öz siyasi məqsədlərinə uyğunlaşdırmaq üçün təhrif edərək, bu millətə ən böyük ziyanı vurdular

Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama

Payız-qış mövsümünə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinin istiliklə təminatı nəzarətə götürülüb. xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb. Məktəb və uşa

İnsan ölənə yaxın bu 4 sözü deyir

İnsan həyatının son anlarında nələr düşünür və hansı sözləri deməyə çalışır? Uzun illər ağır xəstələrlə çalışan məşhur onkoloq insanların ölümə yaxın vaxtlarda ən çox işlətdikləri dörd ifadəni açıqlayıb. Tanınmış onkoloq

"Gənclərin ailə qurmağa marağı azalır

"Gənclərin ailə qurmağa marağı azalır". Bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasını


son xeberler yeni xeberler azerbaycan xeberleri metbuat cəbhədən son xəbərlər 2026 hava haqqinda son xeber