Mətbuat Şurasında XTQ qazilərinin bir qrupu ilə görüş keçirilib
Bu gün Azərbaycan Mətbuat Şurasında Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin qazilərinin bir qrupu ilə görüş keçirilib.
8 noyabr Zəfər Gününə həsr olunmuş görüşdə MŞ sədri Rəşad Məcid, Şuranın İdarə Heyətinin üzvü, Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları İctimai Birliyinin sədr müavini Bəhruz Məmmədzadə, Şuranın Nəzarət-Təftiş Komissiyasının sədri, veteran jurnalist Rey Kərimoğlu və qurumun əməkdaşları iştirak ediblər. Toplantıda torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə canından keçmiş Vətən övladlarının, şəhid jurnalistlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Qarşılıqlı müzakirələr şəraitində keçmiş görüşdə MŞ sədri Rəşad Məcid iştirakçıları Vətən müharibəsindəki qələbənin ikinci ildönümü münasibətilə təbrik edib. O, rəhbəri olduğu qurumun missiyası barədə məlumat verib, gördüyü işlərdən söz açıb. R.Məcid bildirib ki, 2022-ci ilin 24 sentyabr tarixində keçirilmiş Azərbaycan jurnalistlərinin VIII qurultayında Qarabağ müharibəsi iştirakçısı olmuş Bəhruz Məmmədzadə də Şuranın İdarə Heyətinə seçildi. MŞ sədri jurnalistlərin bu seçiminin qazilərlə bağlı məsələlərin media müstəvisində daha səmərəli işıqlandırılması, onların örnək döyüş yolunun cəmiyyətə daha yaxından çatdırılması baxımından faydalı nəticələr verəcəyinə inandığını dilə gətirib.
MŞ İdarə Heyətinin üzvü B.Məmmədzadə, həmçinin NTK-nın sədri R. Kərimoğlu çıxışlarında Vətən uğrunda canından keçmiş övladlarımızın, sağlamlığını itirmiş qazilərimizin, ümumən ömür yolu cəbhədən, səngərdən keçmiş hər bir şəxsin əməyinin ən xoş və qürur dolu sözlərə layiq olduğunu vurğulayıblar.
Görüşdə iştirak etmiş Xüsusi Təyinatlı Qüvvələrin qazilərinə Azərbaycan Mətbuat Şurasının təşəkkürnamələri təqdim edilib. Çıxış edən XTQ qaziləri onlara verilən dəyərə görə təşəkkürlərini bildirib, hər an Vətənin çağırışına hazır olduqlarını vurğulayıblar.
/ azxeber.com

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var