Meydan TV" əməkdaşları və daha bir neçə nəfər həbs olunub

Meydan TVQaçaqmalçılıqda ittiham olunan "Meydan TV" əməkdaşları və daha bir neçə nəfər Ramin Cəbrayılzadə (Deko), Aynur Qənbərova (Elgünəş), Xəyalə Ağayeva, Aytac Əhmədova (Tapdıq), Natiq Cavadlı, Aysel Umudova barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə vəsatət daxil olub.
APA xəbər verir ki, təqdimata bu gün Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə baxılıb.
Məhkəmə vəsatəti təmin edib.
Qərara əsasən, jurnalist Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Aynur Qənbərova (Elgünəş), Ramin Cəbrayılzadə (Deko), Natiq Cavadlı, Xəyalə Ağayeva barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Eyni zamanda, məhkəmənin qərarı ilə Ülvi Tahirov barəsində də 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bu şəxslər dekabrın 6-da saxlanılıb.
Məlumat üçün bildirək ki, ibtidai istintaq dövründə Natiq Cavadlı 3 saylı İstintaq Təcridxanasında (Şüvəlan), digər təqsirləndirilən şəxslər isə 1 saylı Bakı İstintaq Təcridxanasında( Kürdəxanı) saxlanılacaq.
Bakı Şəhər Baş Polis İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Sosial       Tarix: 08 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Bahalaşan mənzillər: Bakıda kirayə haqqı niyə artır?

Bakıda kirayə mənzil bazarında bahalaşma davam edir. Qiymət artımı artıq təkcə paytaxtın müəyyən əraziləri ilə məhdudlaşmır, mənzil axtaranların qarşısında daha ciddi seçim və büdcə problemi yaradır. Azərbaycan Mərkəzi Bankını

Paytaxtda tikinti aparılan binadan yıxılan şəxs öldü - FOTO

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Yurd.Media-ya istinadən xəbər verir ki, Elvin Zeynalov hündürlükdən yıxılaraq həyatını itirib. Hadisənin tikinti işlərinin aparıldığı binada baş verdiyi bildirilir. Faktl

Tanınmış həkim həbs olundu

Tanınmış stomatoloq Zeynalabdin Allahyarov həbs olunub. -a istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə təqsirli bilinib. Məhkəmənin hökmü ilə Z.Allahyarov iki il müddətinə azadlıqdan məhrum edilib

Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü

Şəmkir rayonunda hamilə qadın abort zamanı vəfat edib. Hadisə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında baş verib. Belə ki, abort etdirmək üçün xəstəxanaya müraciət edən 1991-ci il təvəllüdlü Y.Əhmədovanın prosedur zamanı səhhətind

Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq

Sabah Qəbələnin bəzi ərazilərində qazın verilişində fasilə olacaq. xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilir ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:30-da

Bu yol 7 saat bağlı olacaq

Noyabrın 21-də saat 23:00-dan 05:45-dək metronun "Koroğlu" stansiyasından hava limanı istiqamətində yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi işlər aparılacaq. xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəs

Bu qızıl yataqları Azərbaycan hökumətinə qaytarılır

Azərbaycanda qızıl və mis hasil edən "Anglo Asian Mining" şirkəti Qoşa və Ordubad müqavilə sahələri üzrə hasilat hüquqlarının müddətinin uzadılması üçün müraciət etməyəcək. Hər iki müqavilə sahəsi Azərbaycan hökumətin

Nənəmin təndiri'ndə yanğın oldu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a nazirlikdən məluma

Bəzi ərazilərdə qaz kəsiləcək

Sabah Qazax rayonunun bir kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, aşkar edilmiş qaz sızmalarının aradan qaldırılmas


son xeberler azerbaycan xeberleri yeni xeberler valyuta məzənnələri idman xeberleri xeber.az krimnal bugun