Meyxana deməsinə etiraz edən şəxsi bıçaqladı – 6 il 6 ay HƏBS CƏZASI

Meyxana deməsinə etiraz edən şəxsi bıçaqladı – 6 il 6 ay HƏBS CƏZASISumqayıt Apellyasiya Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Ziyad Əsədovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 2025-ci il tarixdə saat 21:30 radələrində Xızı rayonunun Sitalçay Hərbi şəhərciyi ərazisində baş verib.
Belə ki, Ziyad Əsədov alkoqol sərxoşluğu vəziyyətində yaşadığı Sitalçay Hərbi şəhərciyi yerləşən yaşayış binalarının yaxınlığındakı həyətdə oturaraq söhbət edən, əvvəllər tanımadığı zərərçəkmiş Fərəc Vəliyev (adı, soyadı şərtidir), onun qardaşı və tanışlarının yanına yaxınlaşıb.
O, həmin şəxslərin əyləşdiyi stola yaxınlaşaraq orada meyxana deyəcəyini bildirib. Zərərçəkmiş şəxs isə onun sərxoş olduğunu nəzərə alaraq axşam saatı olduğunu, ətrafda sakinlərin yaşadığını və özlərinin söhbət etdiyini deyərək meyxana deməsinə etiraz edib. Bundan sonra Ziyad Əsədov Fərəc Vəliyevin ünvanına nalayiq ifadələr işlədərək onunla mübahisə yaratmağa çalışıb. Zərərçəkmiş şəxs də onun söyüş söyməsinə irad bildirib və əli ilə sinə nahiyəsindən geri itələyib.
Təqsirləndirilən şəxs bu hərəkəti bəhanə edərək münaqişəni daha da gərginləşdirib. O, ictimai qaydalara və cəmiyyət tərəfindən qəbul edilmiş əxlaq normalarına açıq etinasızlıq göstərərək, öz şəxsiyyətini Fərəc Vəliyevin şəxsiyyətindən üstün tutmaq və üstünlüyünü nümayiş etdirmək məqsədilə üzərində gəzdirdiyi, istintaqa məlum olmayan deşici-kəsici alətdən istifadə edib. Ziyad Əsədov həmin bıçaqla zərərçəkmiş şəxsin sinə və qarın nahiyələrinə iki dəfə zərbə vurub. Nəticədə o, Fərəc Vəliyevə həyat üçün təhlükəli hesab edilən və dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsə 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Hadisə       Tarix: 17 avqust 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Su bidonuna düşən 7 yaşlı uşaq öldü

Şamaxıda bədbəxt hadisə baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxının Çuxuryurd kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı Çuxuryurd kəndindəki evin həyətində su ilə dolu olan bidona düşməs

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki

Meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi

Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiyası edilən Tovuz sakini vəfat edib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, Rəşad Məmmədliyevin həkimə gedən zaman qəfil halı pisləşib. Müayinə zamanı onun öldüyü məlu

Salyanda ağır qəza: ölən var

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakin

SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA

Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib. Qeyd edə

Aeroport yolunda nə baş verir? - Təcili məlumat yayıldı

Bakının Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbindən "Koroğlu" metro stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektua

AZAL təyyarəsi Bakıya uça bilmədi - SƏBƏB

Oktyabrın 17-də Rusiyanın bir sıra hava limanlarında kütləvi PUA hücumları səbəbilə uçuş cədvəllərində pozuntular qeydə alınıb. -a istinadla xəbər verir ki, Moskvanın Şeremetyevo və Vnukovo, Sankt-Peterburqun Pulkovo, Yekaterinburqu

Kişi arvadını və 3 yaşlı uşağını bıçaqladı

Lənkəran şəhərində kişi həyat yoldaşına və azyaşlı oğluna bıçaqla xəsarət yetirib. KONKRET.azTeleqraf-a istinadla xəbər verir ki, hadisə şəhərin Zərifə Əliyeva küçəsində, "Müəllimlər Binası" kimi tanınan yaşayı

Məhkəmə kafe sahibini bıçaqlayan şəxslərlə bağlı qərar çıxardı

Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Əkbər Bəşirov, Ömər Kərimov və Həsən Bəhmənovun (hər üçünün adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta məzənnələri cəbhədən son görüntülər cəbhədən xəbər xabarlar