Millətlər Liqasının qalibi bəlli oldu
KONKAKAF Millətlər Liqasına yekun vurulub.
KONKRET.azxəbər verir ki, finalda ABŞ ilə Meksika milli komandaları üz-üzə gəliblər.
ABŞ-nin Texas ştatının Arlinqton şəhərindəki "A&T" stadionunda oynanılan həlledici qarşılaşmada meydan sahibləri 2:0 hesabı ilə qalib gəliblər.
Hesabı 45-ci dəqiqədə Tayler Adams açıb. 63-cü dəqiqədə Covanni Reyna matça nöqtə qoyub.
Beləliklə, ABŞ KONKAKAF Millətlər Liqasının qalibi olub. İkinci yeri Meksika, üçüncü yeri Yamayka komandası tutub.
Xatırladaq ki, KONKAKAF Millətlər Liqası Şimali və Mərkəzi Amerika, Karib hövzəsi ölkələrinin milli komandaları arasında keçirilir. 2016-cı ildə FİFA-ya üzvlüyü dayandırılmış Qvatemala istisna olmaqla, KONKAKAF-da 40 milli komanda iştirak edir.Fanat.Az
Xidmetler [newsid: 0-123300]

İlham Əliyevin sosial media hesablarında paylaşım edildi – FOTO
Prezidentin sosial media hesablarında Qırğızıstan səfəri ilə bağlı - Paylaşım
Prezident niyə "İstisu"yu özü ilə aparıb? – Detallar
Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı
Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər
Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir
İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı
Prezidentin sosial şəbəkə hesabında Modi ilə görüşünə dair paylaşım edildi - FOTO
İrem Dericinin nişanlısı saxlanıldı
Heydər Əliyev Mərkəzinin binası üzərinə Özbəkistan bayrağı proyeksiya olunub - FOTO
Unibank bankomat şəbəkəsini yeniləyir
Kənd Təsərrüfatı Nazirliyi ilə "Veysəloğlu" arasında memorandum imzalanacaq – FOTOLAR
Pulunuz evdə gözləməsin, sizə hər gün gəlir gətirsin
Formula 1: yeni tribuna quraşdırıldı
Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir