Milli irsdən ilham alan 'ŞAHGÖL' – Arifə Əliyeva ikinci kolleksiyasını təqdim etdi
Jurnalist, "ARIFA" brendinin yaradıcısı Arifə Əliyeva sayca ikinci kolleksiyası olan "ŞAHGÖL" yaylıq kolleksiyasını təqdim edib.
azxeber.com xəbər verir ki, Azərbaycanın zəngin mədəni irsindən ilham alan kolleksiya qədim xalçaçılıq sənətinin ornamentlərini, həndəsi kompozisiyalarını və xüsusilə Qazax xalça məktəbinin motivlərini müasir dizayn dili ilə yenidən təqdim edir. Keçmişin estetik dəyərləri müasir zövqlə vəhdətdə təqdim olunaraq milli kimliyin incə və zərif ifadəsinə çevrilir.
"ŞAHGÖL" kolleksiyası milli irsi yalnız qorumağı deyil, onu gündəlik həyatın və müasir dəbin ayrılmaz hissəsinə çevirməyi hədəfləyir. Hər bir naxış yüzilliklərin yaddaşını, hər bir rəng isə Azərbaycanın zəngin mədəniyyətini özündə yaşadır. Bu kolleksiyada yer alan bütün dizayn və ideyalar Arifə Əliyevaya məxsusdur. Onun sözlərinə görə, hər bir yaylıq sadəcə aksesuar deyil, tariximizi, sənətimizi və milli kimliyimizi özündə yaşadan bir sənət əsəridir.
"ARIFA" brendinin növbəti imza işi olan "ŞAHGÖL" qədim irsə ehtiramı, milli sənətə sevgini və müasir dizayn baxışını bir araya gətirən xüsusi kolleksiya kimi hazırlanıb. Klassik Azərbaycan ornamentləri müasir moda dili ilə təqdim olunaraq milli dəyərlərin yeni nəslə və dünya auditoriyasına çatdırılmasına xidmət edir.
Arifə Əliyeva bildirib ki, bu, brendin son işi olmayacaq və qarşıdakı dövrdə yeni kolleksiyalar da təqdim ediləcək: "Məqsədim beynəlxalq arenaya çıxmaq, müxtəlif sərgilərdə ölkəmi təmsil etmək, tariximizi və mədəniyyətimizi dünyaya tanıtmaqdır. İstəyirəm ki, qədim irsimiz, xüsusilə xalçaçılıq ənənələrimiz müasir dizayn vasitəsilə gündəlik həyatın bir parçasına çevrilsin və daha geniş auditoriyaya çatdırıısın".



Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA