Milli Məclisin nümayəndə heyəti Belarusa gedib
Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi parlament nümayəndə heyəti Belarusa rəsmi səfərə gedib.
Bu barədə Belarus Milli Məclisinin (parlamentin yuxarı palatası) mətbuat xidməti məlumat yayıb.
"Biz dövlət başçılarımızın müəyyən etdiyi münasibətlərin və razılaşmaların inkişafına yönələcək parlament fəaliyyəti xətti ilə gələcək əməkdaşlığımızla bağlı bütün məsələləri müzakirə edəcəyik", - Respublika Şurasının sədri Natalya Koçanova S.Qafarovanı salamlayaraq bildirib. O xatırladıb ki, danışıqlar Belarus Prezidenti Aleksandr Lukaşenkonun 2024-cü ilin mayında Azərbaycana rəsmi səfərindən sonra baş tutur.
Respublika Şurasının beynəlxalq məsələlər və milli təhlükəsizlik üzrə daimi komissiyasının sədri Sergey Sives artıq Azərbaycan parlament nümayəndə heyətinin üzvləri ilə görüşüb. Görüşdə milli təhlükəsizlik və rəqəmsal texnologiyaların inkişafı da daxil olmaqla əməkdaşlığın prioritet sahələri müzakirə edilib.
Nümayəndə heyətinin səfər proqramına hökumət rəhbərliyi, parlament palataları ilə görüşlər, əməkdaşlıq sənədlərinin imzalanması, Belarus Dövlət Universitetinə səfər və digər tədbirlər daxildir. / azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var