Millimiz Fransadan bunun əvəzini çıxacaq
Futbolçularımız 0:10 hesablı məğlubiyyətin əvəzini çıxacaqlar. Biz Fransanı hansısa ildə udacağıq.
KONKRET.azxəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında Azərbaycan milli komandasının sabiq məşqçisi Ağasəlim Mircavadov deyib.
Veteran futbolçu yığmanın 2026-cı il dünya çempionatının seçmə mərhələsində Fransaya rəqib olmasına münasibət bildirib:
"Əvvəl-axır kiminləsə düşəcəkdik. Ümumiyyətlə, bu tsikldə bir "ana komanda" olmalı idi ki, o da Fransa oldu. O olmayacaqdı, Xorvatiya düşəcəkdi, fərqi yoxdur. Qayda belədir ki, qrupda 4 və ya 5 komandadan biri top-klub olur. Ona uyğun hərəkət edirsən. Məlumdur ki, qrupda yer tutmaq istəyirsənsə, aşağıdakı komandalarla oyunlarda xal qazanmalısan. Amma öndəkinə güc gəlməlisən ki, ən azı heç-heçə edəsən. Fransa dünya və Avropa çempionudur. Oyunlarına baxdım, indiki Fransanın oyunçuları həddindən artıq hərəkətli, əvvəlki illərdən də dinamikdirlər. Uduzma təhlükəsi, keçmiş oyun haqqında heç düşünmək lazım deyil. Ancaq öz yığmamız və onun inkişafını fikirləşməliyik".
Mircavadov yığmanın onun rəhbərliyi altında 1995-ci il sentyabrın 6-da Fransanın Oser şəhərində 0:10 hesabı ilə məğlub olmasından da söz açıb:
"Fransanın adına görə uduzacağıqsa, heç meydana çıxmaq lazım deyil. Xahiş edirəm, həmin oyunun video-görüntülərini tapın, baxın. 4 dəfə yüzfaizlik qol vəziyyəti yaratmışdıq. Çox qəribə haldır ki, 25-30 metrdən, yəni, hardan vururdularsa, top qapımıza daxil olurdu. Olur belə hallar, hadisədir. Lakin biz bunu fikirləşməliyik ki, öz oyunumuzu necə təkminləşdirsək və necə oynasaq, nəticə qazana bilərik".
Sabiq baş məşqçi qarşılaşmadan sonra ondan "Oyuna qapıçısız getmişdiniz?", – deyə soruşulduğuna dair söz-söhbətlərə isə belə cavab verib:
"Sizcə, məndən belə bir şey soruşula bilər? Bu cür söhbətləri çayxnalarda, lap açıq desək, bazarlarda edirlər. Niyə mənim uğurlarımdan heç kim yazmır? Çünki sərf etmir. Hamı istəyir ki, hay-küy salsın".
Qeyd edək ki, Fransa millisi UEFA Millətlər Liqasının 1/4 final oyununda Xorvatiyanı iki oyunun nəticəsində (2:0, 0:2, penaltilərlə – 5:4) üstələməyi bacarıb. DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi Fransa, Ukrayna və İslandiya ilə birlikdə D qrupunda yer alacaq.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq