Millimizin futbolçusu 32 yaşında karyerasını bitirdi - Səbəb
"Səbail"in müdafiəçisi Şəhriyar Rəhimov futbolçu karyerasını bitirmək qərarına gəlib.
KONKRET.az xəbər verir ki, onun davamlı aldığı zədələr nəticəsində yaranan xroniki ağrıları bu qərarı verməsinə səbəb olub.
Qeyd edək ki, 32 yaşlı Şəhriyar Rəhimov "Ədliyyə", "İnter" (indiki "Keşlə"), "Karvan", AZAL, "Rəvan", "Kəpəz" və "Zirə" klublarının formasını geyinib.
2018-ci ildən millimizdə 9 oyun keçirmiş futbolçu 2018/2019, 2019/2020, 2021/2022-ci illər mövsümündə "Səbail"in heyətində çıxış edib. O, "dənizçilər"də ümumilikdə 50 oyun keçirib, 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasının autsayderi olan "Səbail"in digər futbolçusu, millimizin qapıçısı Kamran Ağayev ötən ay karyerasını bitirdiyini açıqlamışdı. 

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu