Millimizin oyunçusu: Azərbaycan xalqından üzr istəyirik
Toparlanaraq hər kəsə güclü Azərbaycanı göstərəcəyik.
KONKRET.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Mert Çelik Belarus yığmasına 0:2 hesabı ilə məğlub olduqları yoxlama oyunundan sonra deyib.
25 yaşlı müdafiəçi məğlubiyyətə görə üzr istəyib:
"Çox üzgünük. Ən azından bərabərə qalmaq istəyirdik. Təəssüf ki, məğlub olduq. Azərbaycan xalqından üzr istəyirik. Onları sevindirmək istəyirdik. Toparlanaraq hər kəsə güclü Azərbaycanı göstərəcəyik".
Çelik milli komandanın üzvlərinin buraxdığı səhvlər barədə danışıb: "Həm özümüz, həm də baş məşqçi Fernandu Santuş bunları analiz edəcək. O, bizə əskiklərimizi göstərəcək, biz isə bunu düzəltməyə çalışacağıq".
"Səbail" klubunun oyunçusu 5 illik fasilədən sonra yığma komandaya çağırılmasını şərh edib:
"Daima oynayaraq özümü hər zaman hazır saxlamalıyam. Uzun illər boyunca Azərbaycan milli komandasının formasını tərlətmək istəyirəm. Ölkəyə xidmət etmək istəyirəm, çünki buranı öz ölkəm kimi görürəm. Azərbaycan artıq mənim ikinci deyil, birinci Vətənimdir".
O, yayda Latviya və Macarıstanla keçiriləcək yoldaşlıq görüşləri barədə də açıqlama verib:
"Bu durumdan çıxmalıyıq. Yayda bizi iki oyun gözləyir. Həmin oyunlara qədər psixoloji olaraq özümüzü düzəltməliyik. Güman edirəm ki, həmin matçlarda daha yaxşı çıxış edərik".

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq