Millinin yeni baş məşqçisi ilə bağlı ağlasığmaz iddia: Həbs oluna bilər

Millinin yeni baş məşqçisi ilə bağlı ağlasığmaz iddia: Həbs oluna bilərAzərbaycan Futbol Federasiyası Assosiasiyası portuqaliyalı baş məşqçi Fernandu Santuşu rəsmən millinin sükanı arxasına gətirdi.
KONKRET.az xəbər verir ki, portuqaliyalı baş məşqçinin Azərbaycanda nə qədər qazanacağı böyük maraq doğurur.
Son olaraq "Beşiktaş" klubunda çalışan Santuş uğurlu olmadığı üçün vaxtından əvvəl göndərilib. Türkiyə mətbuatının yazdığına görə, portuqaliyalı "ağ-qaralar"da ilinə 4,5 milyon avro qazanıb.
Santuş Portuqaliya millisində nə az, nə çox, 9,7 milyon avro qazanıb. Amma bu pul ona baha başa gəlib. Portuqaliya mətbuatında daha əvvəl geniş yayılmış xəbərlərə görə, Fernando Santuş Portuqaliya Futbol Federasiyasından aldığı qonorarı aşağı salaraq vergidən yayınmaqda günahlandırılıb. Santuşun 9,7 milyon avroluq illik gəlirini cəmi 60 min avro elan etdiyi və nəticədə Portuqaliya Vergi orqanları tərəfindən 4,5 milyon avro cərimə olunduğu bildirilib. Santuşun "Federasiya ilə aramızda yalnız xidmət modeli müqaviləsi bağlanıb" müdafiəsi ilə bu vəziyyəti yüngülləşdirməyə çalışdığı, lakin sonda cəzanın ödənilməsinə qərar verildiyi bildirilib. İddia olunur ki, o, cəriməni ödəməsə, 2 ildən 7 ilədək həbs cəzası ala bilər.
Santuşun millimizdəki maaşı rəsmi olaraq açıqlanmasa da, təxminən, ilinə 4 milyon avro qazanacağı gözlənilir. (Milli.az)

İdman       Tarix: 13 iyun 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı

Türkiyə millisi baş məşqçisi Vinçenso Montella ilə yollarını ayırıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb. İtaliyalı mütəxəssis TFF-nin İdarə Heyətinin iclasından sonr

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak

"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov

"Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 7-ci turunda "Zirə" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbua

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən görüntüleri xeberler bugun 2026 oxu.az xeberler kriminal bugun