Minimum əməkhaqqı və pensiya bu qədər ARTIRILACAQ

Minimum əməkhaqqı və pensiya bu qədər ARTIRILACAQ2023-cü il yanvarın 1-dən Azərbaycanda minimum aylıq əməkhaqqı 300 manatdan 345 manata, minimum pensiya isə 240 manatdan 280 manata qaldırılıb. Artıq son artımın üzərindən 2 ilə yaxın bir müddət keçir. Hər kəsi maraqlındar sual isə odur ki, minimum əməkhaqqı və minimum pensiya nə vaxt və nə qədər artırılacaq?
Ötən gün əhaliyə şad xəbəri Prezident İlham Əliyev verdi. Dövlət başçısı Milli Məclisdə çıxışı zamanı artıq göstəriş verildiyini, gələn ildən minimum əməkhaqqı və minimum pensiyanın artırılacağını dedi.
Bəs gəlin görək minimum əməkhaqqı və minimum pensiya nə qədər artırılacaq?
Məsələ ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən iqtisadçı-ekspert Elşad Məmmədov deyir ki, minimum əməkhaqqının nə qədər artırılacağı ilə bağlı məsələ Prezident İlham Əliyevin qərarı ilə bağlıdır. Bu dövlət başçısının qərarı ilə tənzimlənir.
Fikrimcə minimum əməkhaqqı 400 manat ətrafında formalaşacağını proqnozlaşdıra bilərik.
"Minimum pensiyaya gəldikdə isə, burada artım Dövlət Statistika Komitəsinin illik elan etdiyi inflyasiya göstəricilərinə uyğun olacaq. Pensiyaların indeksləşdirilməsi bu xüsusda həyata keçiriləcək".
E.Məmmədov deyir ki, son 6 ildən artıq bir müddətdə ölkədə qabaqlayıcı sosial müdafiə tədbirlərinin həyata keçirilməsi çox aktiv vüsət almışdır.
"Əməkhaqqı fondunda, minimum orta median əməkhaqqlarında, minimum və orta pensiyada biz bunu müşahidə etdik. Dövlət başçısının səsləndirdiyi fikirlərdən o qənaətə gəlmək olar ki, yaxın aylarda minimum əməkhaqqının və minimum pensiyanın artırılması ilə bağlı müvafiq qərarlar gözlənilir. Düşünürəm ki, bu siyasətin ardıcıl davam etdirilməsi, sosial müdafiə sistemində şəffaflığın təminatına söykənən bir məsələdir. Effektiv idarəetmə və şəffaflığın təmin edilməsi dövlətimizin bu istiqamətdə gördüyü işlərin inkişaf etdirməsinə böyük şərait yaratmış olur. Düşünürəm ki, bu siyasət ardıcıl şəkildə davam etdirilməlidir", - deyə o bildirib.
Digər müsahibimiz Milli Məclisin deputatı Vüqar Bayramov deyir ki, Azərbaycan Prezidenti parlamentdə çıxışında sosial təminatın gücləndirilməsi ilə bağlı vacib məsələlərə toxundu. Növbəti ildən etibarən minimum əmək haqqını və pensiyalarda artımların olacağını bildirdi. Artıq bu istiqamətdə hökumətdə müzakirələr gedir.
"Noyabrn 1-ə qədər Əmək və əhalinin sosial müdafiəsi nazirliyi tərəfindən minimum əmək haqqı və eləcə də minimum pensiyaların artırılması ilə bağlı təkliflər təqdim olunacaq. Büdcə paketi çərçivəsində növbəti ildən etibarən minimum əməkhaqqının və pensiyaların artımı gözlənilir. Biz bu istiqamətdə öz təkliflərimizi təqdim etdik. Nəzədə alsaq ki, minimum əmək haqqı və pensiyalar 2023-cü ilin yanvar ayında artırılıb. Ona görə də biz təklif edirik ki, minimuk əmək haqqı və pensiyalarda 2 rəqəmli artımlar olsun. Müzakirlələrin əsasında isə konkret rəqəm təyin olunacaq. İlkin gözlənti ondan ibarətdir ki, artımlara növbəti ildən etibarən start veriləcək. Bu əmək pensiyası və minimum əmək haqqı alan bütün vətəndaşlarımızı əhatə edəcək", - deyə deputat sonlandırıb. / azxeber.com

İqtisadiyyat       Tarix: 28 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi - FOTOLAR

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir

Azercell və AKM "FireWall 2026" hakatonuna start verir

Azercell və IRIA-nın nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) birgə təşkilatçılığı ilə kibertəhlükəsizlik sahəsində yeni istedadların aşkar edilməsi və inkişafının dəstəklənməsi məqsədil

"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizmin tətbiqi nəzərdə tutulur. Belə ki, yeni mexanizmə əsasən, işçilərə əməkhaqqı və digər ödənişlərin elektron sistem vasitəsilə həyata keçirilməsi planlaşdırılır

Sahil Babayev: 'Daha 35 dövlət müəssisəsinin III rüb üzrə maliyyə göstəriciləri təhlil edilir

Bu il Azərbaycanda dövlət müəssisələrinin maliyyə vəziyyətinin monitorinqi çərçivəsində I rüb üzrə 10, II rüb üzrə 22 müəssisənin maliyyə göstəricilərini əhatə edən hesabatlar hazırlanıb, hazırda daha 35 müəssisənin II rü

İCMA Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda təmsil olunub

5–6 noyabr tarixlərində Gəncə şəhərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə IV QHT Əməkdaşlıq Forumu keçirilib. "Şəhərsalma və Memarlıq İli"nə həsr olunan forumda ölkəni

Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşilli

Marsol Group və İCMA üzvləri Zəfər abidəsini ziyarət etdilər - FOTOLAR

8 Noyabr – Zəfər Günü münasibətilə Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) üzvləri Zəfər abidəsini ziyarət ediblər. xəbər verir ki, ziyarət çərçivəsində sahibkarlar abidə önünə gül dəstələr

Qızıl bahalaşdı, gümüş ucuzlaşdı

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 1 dollar artaraq 3 886,3 dollar təşkil edib. xəbər verir ki, gümüş isə 0,94 dollar azalaraq 49,12 dollara bərabər olub

Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!  

Azercell-in 30 illik yubileyinə həsr olunan "30 il səninlə" lotereyası davam edir. Abunəçilərə dəyərli hədiyyələr qazanmaq fürsəti yaradan lotereya çərçivəsində fakturalı xətt abunəçiləri qarşıdakı tirajlarda ümumilikd


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son görüntülər novruz bayramı havanın temperaturu son xeberler bugun 2026 canli