"Mirzoyanın görüşdən imtina etməsi yeni təxribatların baş vermə ehtimalını artırır" - Tiqran Abramyan
"Ermənistanın Rusiya və Azərbaycan xarici işlər nazirlərinin Moskvada keçirilməsi planlaşdırılan üçtərəfli görüşündə iştirak etməməsinin müxtəlif motivləri və səbəbləri ola bilər".
KONKRET.az xəbər verir ki, bu barədə "Şərəfim var" parlament fraksiyasının katibi Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.
O, bildirib ki, Ermənistanın Rusiya xarici işlər nazirinin Moskvada keçirdiyi görüşdə iştirakdan imtina etməsi dolayısı ilə yaxın gələcəkdə yeni təxribatların baş vermə ehtimalını artırır.
"Rusiya tərəfi açıq şəkildə xəbərdarlıq edir ki, regional alovlanmaların qarşısını almaq məqsədilə üçtərəfli görüş üçün hər cür şərait yaratmaq lazımdır. İstənilən addım, o cümlədən belə görüşlərdən yayınma və ya ondan imtina əsaslandırılmalı və xarici dünya üçün başa düşülən olmalıdır, əks halda bu, nəinki yeni təcavüzə gətirib çıxara bilər, həm də beynəlxalq qavrayış baxımından Ermənistanın özü üçün mənfi fikir formalaşdıra bilər", – deyə Abramyan yazıb.
Günel Mikayılova,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO