Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMAXəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur.
Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarət haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, müvafiq proqram təminatı ilə təchiz edilmiş mobil telefonlar nağdsız və təmassız ödənişlərin qəbulu üçün POS-terminal hesab ediləcək. Bundan başqa, qanuna "texnoloji neytrallıq" anlayışının əlavə olunması, müxtəlif ödəniş texnologiyalarına bərabər imkanların yaradılması və elektron ticarətdə ödəniş qaydalarının dəyişdirilməsi nəzərdə tutulur.
Bəs bu yenilik sahibkarların xərclərinə və vətəndaşların gündəlik ödənişlərinə necə təsir edəcək?
Mövzu ilə bağlı azxeber.com-a açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, mobil telefonların POS-terminal kimi istifadəsi texniki baxımdan müasir və rahat həll olsa da, yeniliyin iqtisadi təsirləri diqqətlə qiymətləndirilməlidir:
"Mobil telefonların POS-terminal kimi istifadə olunması artıq bir müddətdir mövcuddur və getdikcə daha geniş yayılır. Texniki baxımdan bu, müasir və rahat həlldir. Ancaq ölkədə nağdsız ödənişlərin genişləndirilməsi adı altında növbəti texnoloji dəyişiklik müzakirə olunarkən əsas suallar açıq qalır. Bu yenilik sahibkarın xərclərini nə qədər azaldacaq, vətəndaşın cibinə necə təsir edəcək və iqtisadiyyatda hansı real problemi həll edəcək?
Kiçik sahibkar onsuz da icarə haqqı, əməkhaqqı, vergi, kommunal xərclər və bank komissiyaları ilə üzləşir. Hazırda sahibkarın xərc strukturu olduqca yüklənmiş vəziyyətdədir. Mobil telefon ödəniş qəbul edən avadanlığa çevrilərkən bir sıra suallara aydınlıq gətirilməlidir. Bank komissiyaları aşağı salınacaqmı? Hesaba daxil olan vəsaitin sahibkarın sərəncamına keçməsi sürətlənəcəkmi? Texniki nasazlıqlara və ödəniş mübahisələrinə görə məsuliyyəti kim daşıyacaq?".
İqtisadçının sözlərinə görə, nağdsız ödənişlərin genişləndirilməsi sahibkarlar üçün əlavə maliyyə yükünə çevrilməməlidir:
"Əgər məqsəd şəffaflığı artırmaq, bank xidmətlərinin qiymətini aşağı salmaq, ödəniş sisteminə çıxış imkanlarını genişləndirmək və sahibkarların üzləşdiyi maneələri aradan qaldırmaqdırsa, bu məsələlərin həlli daha yaxşı nəticələr verə bilər. Xüsusilə kiçik biznes üçün aşağı komissiyalı və əlçatan ödəniş infrastrukturu yaradılsa, yaxşı olardı.
Digər tərəfdən, nağdsız ödənişlərin genişləndirilməsi iqtisadiyyatın bütün struktur problemlərini həll etmir. Əhalinin gəlirləri aşağıdırsa, qiymətlər artırsa, sahibkarın vergi və maliyyə yükü ağırdırsa, ödəniş cihazının formasını dəyişməklə iqtisadi fəallığı əhəmiyyətli dərəcədə yüksəltmək mümkün deyil. İqtisadi model üzərində düşünmək lazımdır. Sahibkarın xərcləri yüksəkdirsə, ödəniş üsulunun dəyişdirilməsi nə sahibkar, nə də istehlakçı üçün əhəmiyyətli fayda verməyəcək".
A.İbrahimov vurğulayıb ki, dövlət rəqəmsallaşdırma ilə yanaşı, rəqabət mühitinin yaxşılaşdırılmasına və kiçik biznesin maliyyə imkanlarının genişləndirilməsinə də diqqət yetirməlidir:
"Dövlət rəqəmsallaşdırma ilə yanaşı, rəqabət mühitinin yaxşılaşdırılmasına, bank xidmətlərinin ucuzlaşmasına, kiçik biznesin maliyyə resurslarına çıxışına və əhalinin real gəlirlərinin qorunmasına xüsusilə diqqət yetirməlidir. Bu məsələlər həll edilərsə, effektiv nəticə gözləmək olar.
Qanun layihəsində nəzərdə tutulan texnoloji neytrallıq prinsipinin praktiki nəticələri də ölçülməlidir. Bazarda bütün ödəniş həllərinə bərabər imkanlar yaradılmalı, təhlükəsizlik tələbləri aydın müəyyən edilməlidir. Sahibkarın hansı xidmətə görə nə qədər ödəniş etməli olduğu şəffaf şəkildə göstərilməlidir. Əks halda, yeni texnologiya rəqabəti gücləndirmək əvəzinə, mövcud ödəniş infrastrukturu iştirakçıları üçün əlavə gəlir mənbəyinə çevrilə bilər.
Əsas məqsəd sahibkarın xərclərinin azaldılması, ödənişlərin təhlükəsizliyinin təmin edilməsi, rəqabətin gücləndirilməsi və vətəndaşların maliyyə xidmətlərindən daha sərfəli formada istifadə etməsi olmalıdır. Biznesin real problemləri həll edilmədən texnoloji yeniliklərə iqtisadi islahat kimi yanaşmaq düzgün deyil".
Şahanə Ziyad

İqtisadiyyat       Tarix: 22 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Bir rəqəmsal bankçılıq təcrübəsini "Istanbul Fintech Week" tədbirində təqdim edib

Qafqazın ilk inteqrasiya olunmuş bankçılıq, ödəniş və e-ticarət ekosistemi olan Bir, "Istanbul Fintech Week" (İstanbul Fintex Həftəsi) beynəlxalq tədbirində milli rəqəmsal maliyyə xidmətlərinin inkişaf strategiyasın

AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən AccessBank ilə tərəfdaşlıq çərçivəsində və Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən Ticarətin Sürətləndirilməsi Proqramı (TAP) çərçivəsində Bakıda xarici və daxil

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

"İrşad"da "Yaşıl Cümə" günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər

"İrşad" ənənəvi "Yaşıl Cümə" kampaniyası iləoktyabr ayında da müştərilərinə sərfəli alış-veriş fürsətləri təqdim edir.Kampaniya çərçivəsində müxtəlif məhsullar daha münasib qiymətlər və xüsusi təkliflərlətəqdi

AZAL cari ilin ilk doqquz ayını artımla başa vurub

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları 2026-cı ilin ilk doqquz ayını əməliyyat göstəricilərində artım, marşrut şəbəkəsinin genişləndirilməsi, rəqəmsal xidmətlərin inkişafı və beynəlxalq nailiyyətlərlə yekunlaşdırıb

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Bir-dən sahibkarlar üçün güzəştlər: "Biznesdə birlikdə" proqramına müraciət üçün tələsin

Bir ekosisteminin mikro sahibkarlara və iqtisadi inklüzivliyə dəstək məqsədilə start verdiyi "Biznesdə birlikdə" layihəsinə qeydiyyat davam edir. Müraciətlərin qəbulu üzrə son tarix 22 oktyabr 2026-cı ildir. Layih


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler 2026 son xeberler azerbaycan son xeber cəbhədən son xəbər