"Molde"nin baş məşqçisi: "Qarabağ"ı məğlub etmək çətindir"
"Qarabağ" göstərdi ki, onu məğlub etmək çətindir".
KONKRET.az xəbər verir ki, bunu "Molde"nin baş məşqçisi Erlinq Moe evdə "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis "Aker" stadionunda baş tutan matçı dəyərləndirib: "Bakıdakı oyunda "Qarabağ" bizdən daha yaxşı performans göstərmişdi və qələbəyə layiq idi. Burada isə 90 dəqiqəni biz üstün keçirdik. Komandamla fəxr edirəm. Çünki güclü rəqibə qarşı bu cür oyun göstərdilər. "Qarabağ", həqiqətən də, çox güclü komandadır. Ancaq biz bu performansımızı "Bayer"lə son görüşdə davam etdirmək istəyirik".
O, hələ də turnirdə qalmaq şanslarının davam etdiyini vurğulayıb: "Qarabağ"ı hələ təbrik etmirəm. Çünki bizim hələ də Avropa Liqasının pley-offuna yüksəlmək şansımız var. Növbəti mərhələdə rəqibin kimliyi və "Qarabağ"ın necə çıxış etməsi də önəmli olacaq. Uzun illərdir Qurban Qurbanov "Qarabağ"ın baş məşqçisidir. Oyundan sonra onu təbrik etdim. Çünki avrokuboklarda rəqiblərinə çətinliklər yaradır".Report

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi