Moody"s agentliyi Bank of Baku-nun reytinqini yüksəltdi
Moody"s beynəlxalq reytinq agentliyi açıqladığı sonhesabatda Bank of Baku-nun bir neçə göstərici üzrə reytinqini yüksəldib.
azxeber.com xəbər verir ki, agentlik Bank of Baku-nun kredit ödəmə qabiliyyətinin baza səviyyəsi (BCA) və tənzimlənmiş kredit ödəmə qabiliyyəti reytinqləriniB2 səviyyəsindən B1-ə yüksəldib. Bankın yerli və xarici valyutada uzunmüddətlidepozit reytinqi də B2-dən B1 səviyyəsinə dəyişib.
Bank of Baku-nun kredit ödəmə qabiliyyətininbaza səviyyəsindəki müsbət dəyişiklik bankın inkişaf etmiş likvidlik profili,eləcə də ölkə səviyyəsində banklar üçün yaradılmış fəaliyyət mühiti və Azərbaycanıniqtisadi gücünün artması ilə əsaslandırılır.
Bu, eyni zamanda Bank of Baku-nun son illərdəaktivlərinin keyfiyyətinin və gəlirliliyinin artmasını da əks etdirir.
Agentlik öz hesabatında Bank of Baku-nun uzunmüddətlidepozit reytinqləri üzrə proqnozu "stabil" olaraq göstərib, bu isə bankın növbəti12-18 ay ərzində sağlam kredit göstəricilərini qoruyub saxlayacağına dairfikirləri qüvvətləndirir.
Məlumat üçün qeyd edək ki, 30ildir fəaliyyət göstərən "Bank of Baku" ümumilikdə 20 filial şəbəkəsi ilə 1milyondan çox müştəriyə pərakəndə, kiçik və orta sahibkarlıq, eləcə dəkorporativ bankçılıq istiqamətlərində bank xidmətləri təklif edir.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
www.bankofbaku.com
www.facebook.com/bankofbaku
Turlar.az [newsid: 0-123300]

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu
"Trendyol"da "Əfsanə günlər " başlayır