Moody"s" Kapital Bank-ın güclü maliyyə göstəricilərini bir daha təsdiqlədi
Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings"Kapital Bank-ın Ba2 uzunmüddətli depozit reytinqini, ba3 səviyyəsində əsaskredit qiymətləndirməsini (Baseline Credit Assessment – BCA) və müsbətproqnozunu (Positive Outlook) təsdiqləyib. Bu qərar bankın maliyyədayanıqlığını bir daha təsdiqləyir.
Agentliyin qiymətləndirməsinə əsasən, reytinqbankın güclü aktiv keyfiyyəti, yüksək gəlirliliyi, bazar maliyyələşməsindən məhdudasılılığa malik dayanıqlı maliyyələşmə bazası və yüksək likvidlik səviyyəsi iləəsaslandırılır.
"Moody"s" bankın gəlirliliyinin növbəti 12–18 ay ərzindədə ümumilikdə sabit qalacağını gözləyir. Agentliyin rəyinə görə, kreditportfeli üzrə gəlirliliyin artması və komissiya gəlirlərinin yüksəlməsi bankınmaliyyə nəticələrini dəstəkləməyə davam edəcək. Eyni zamanda, risklə ölçülmüşaktivlərin artım tempinin yavaşıması kapital mövqeyi üzərindəki təzyiqiazaldacaq.
"Moody"s", həmçinin, Kapital Bank-ın Azərbaycanınaktivlər üzrə ikinci ən böyük bankı olduğunu, kreditlər və müştəri depozitləribazarında əhəmiyyətli paya malik olduğunu vurğulayıb. Agentlik bankın uzunmüddətlidepozit reytinqi üzrə müsbət proqnozunu Azərbaycanın suveren reytinqi üzrə müsbətproqnoz və bankın fəaliyyət göstərdiyi əlverişli əməliyyat mühiti ilə əlaqələndirib.
Ümumilikdə, "Moody"s"in qiymətləndirməsi KapitalBank-ın güclü maliyyə göstəricilərini və bazardakı mövqeyini əks etdirir.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ədaxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 116 filialı, 51 şöbəsi və 13Rəqəmsal Mərkəzi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləribarədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlifsosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz. / azxeber.com
Xidmetler [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti