Moskvada erməni general saxlanıldı
Ermənistanın Məcburi İcra Xidmətinin keçmiş rəisi, general-mayor Mihran Poqosyan Moskvada saxlanılıb.
KONKRET.azxəbər verir ki, Rusiya teleqram kanalları yazır ki, o, doqquz cinayət maddəsi üzrə axtarışdadır.
İddialara görə, Poqosyanı dünən günorta saatlarında Tverskaya küçəsində yol polisi əməkdaşları saxlayıblar. Onun yanında qaçqın vəsiqəsi olub. Saxlanılması barədə Ermənistan polisinin mərkəzi idarəsinə artıq məlumat verilib, Mihranın yaxın vaxtlarda Rusiyadan ekstradisiya ediləcəyi bildirilir. Eyni zamanda, Rusiya tərəfi daha əvvəl Poqosyanın ölkədən çıxarılması tələbindən imtina edib.
Rusiyada general Poqosyan məhsulların topdan satışı, yük daşımaları, avtomobil icarəsi və lizinqlə məşğuldur. Ermənistanda digər məsələlərlə yanaşı, Poqosyan qanunsuz biznes nəticəsində 1,3 milyon dollar vergidən yayınmaqda ittiham olunur.
Bundan başqa, mayın 17-də Ermənistanda Ekvador meyvəsini idxal edən şirkət tərəfindən gətirilən 250 milyon avro dəyərində bir ton kokain də saxlanılıb. Yük Poqosyana məxsus banan tədarükü şirkəti üçün nəzərdə tutulub.

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu
"Trendyol"da "Əfsanə günlər " başlayır