MSK-dan bələdiyyə seçkilərindəki seçici fəallığı ilə bağlı AÇIQLAMA
MSK-dan bələdiyyə seçkilərindəki seçici fəallığı ilə bağlı AÇIQLAMA
Azərbaycanda keçirilən bələdiyyə seçkilərində yekun seçici fəallığı açıqlanıb.
Oxu.Az xəbərinə görə, Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, seçki məntəqələrində seçici fəallığı 32.72 % faiz olub.
O, səsvermə hüququna malik 4 972 356 seçicidən 1 627 064 nəfərinin səs verdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, bələdiyyə seçkiləri ölkə üzrə 5049 seçki məntəqəsində keçirilib. 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilməlidir. Seçkilərdə 13 siyasi partiya iştirak edib, 41 462 namizəd qeydiyyata alınıb. Səs vermək hüququna malik 4 972 356 seçicinin adı seçici siyahısına daxil edilib.
Seçki prosesini izləmək üçün 1000 məntəqədə vebkameralar quraşdırılıb. Həmin məntəqələrdəki səsvermə prosesi dünyanın istənilən nöqtəsindən izlənilib. Eyni zamanda ilk dəfə olaraq yeni nəsil şəxsiyyət vəsiqələrinin oxunması üçün bütün seçki məntəqələri "çip oxuyan" cihazlarla təmin edilib. /oxu.az

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu