Müharibə daha təhlükəli mərhələyə qədəm qoyur - POLİTOLOQ
Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı müharibəni qısa müddətdə yekunlaşdırmaq planı baş tutmadı. İki aydan çoxdur davam edən müharibə uzandıqca, proseslər hər keçən gün daha da mürəkkəbləşir. Bu günlərdə NATO-nun baş katibinin müavini Mirça Coane "Əl-Cəzirə" telekanalına müsahibəsində deyib ki, biz müharibənin həlledici mərhələsinə qədəm qoyuruq. O, müharibənin mümkün eskalasiyasını gözləmədiklərini də əlavə edib.
Maraqlıdır, NATO rəsmisi bu açıqlaması ilə nəyə eyham vurur?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Fəqani Məhərrəmli cavablandırıb. O bildirib ki, müharibə daha təhlükəli mərhələyə qədəm qoyur:
"NATO Baş katibinin müavininin Rusiya-Ukrayna savaşının həlledici dövrünə qədəm qoyması ilə bağlı açqılaması heç də təsadüfi deyil. Bundan öncə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da savaşın ikinci mərhələsinin yaxın günlərdə başlayacağını bildirmişdi. Eyni zamanda dünən, məhz konstitusiya günündə Polşa Prezidenti A.Dudanın, Ukrayna ilə Polşa arasında sərhədlərin götürüləcəyini, iki xalqın birlikdə yaşama imkanlarını bəyan etdi. Bütün bunlar savaşın yeni, həm də çox qorxulu mərhələyə qədəm qoymasından xəbər verir".
Politoloq fikirlərinə belə davam edib: "Tarix təkrardan ibarətdir deyirlər. Hadisələrin təhlili göstərir ki, Ukrayna Rusiyaya qarşı eynilə 1569-cu ildə olduğu kimi Polşa ilə, ardınca Baltikyanı ölkələrlə hərbi-siyasi ittifaqa girməyə hazırlaşır. Qeyd edilən ölkələrin NATO üzvü olduqlarını nəzərə alsaq, Alyansın Baş katibinin müavininin açıqlamasının nəyə işarə etdiyini anlamış olarıq".
Şəbnəm Mehdizadə,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Gömrüklə bağlı mühüm məqam: Pulu kim verir?
Azərbaycanda investorlar üçün maraq doğuran məqamlar - Prezident açıqladı
Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır
ÜDM-in 70 faizdən çoxu... - Prezident açıqladı
Naxçıvanda DƏHŞƏT: arvadını və baldızını bıçaqladı
İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə
"O, hələ də çox təhlükəlidir" - "Sabah"ın futbolçusu
Dünənki məğlubiyyətdən sonra istefa verdi
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib