"Müharibə yenidən başlasa, müdafiəmiz zəifdir" – Ovannisyan

"Müharibə vəziyyətində Ermənistanın hava məkanının bağlanılması ilə bağlı ciddi problemləri var".
KONKRET.azxəbər verir ki, bunu erməni hərbi ekspert Karen Ovannisyan deyib.
Onun sözlərinə görə, Azərbaycanla 44 günlük müharibədən sonra orduda islahatlar zəif templə aparılır, döyüş mövqeləri təchiz olunmur:
"Bir mütəxəssis kimi tempdən (islahat) çox narazıyam. Əgər yüksək sürətlə asfalt çəkiriksə, bəs niyə eyni sürətlə mövqeləri təchiz etməklə məşğul olmuruq?".
Ovannisyan Baş nazir Nikol Paşinyanın "Ermənistanın bütün ərazisi hərbi baxımdan toxunulmaz deyil" açıqlamasına da toxunub:
"Heç bir toxunulmaz məqam yoxdur. Bu sirr deyil. İndi hava məkanını bağlamaq problemimiz var. Havamız həm də müxtəlif müşahidə sistemlərindən qorunmalıdır ki, bizim kiçik ərazimizdə Türkiyə, Azərbaycan, İran, Gürcüstan və Rusiya kəşfiyyat işi apara bilməsin. Müharibə zamanı tüstü ilə də olsa, havanı bağlaya bilərik. Amma ora çatana qədər havanı bağlı saxlamalıyıq.
Mətbuat konfransı zamanı Paşinyanın özü də etiraf etdi ki, cəbhə xətti təchiz olunmayıb. O sual da açıq qalır ki, son üç ildə sərhədlərin təchiz olunması üçün nə edilib?".
Ekspert erməni ordusunun səngər, arsenal və digər bu kimi ciddi problemlərinin olduğunu söyləyib.
Ovannisyan müasir silahlarla təchiz edilmiş, peşəkar hərbi taktikalarla döyüş aparmaq qabiliyyətinə malik Azərbaycan ordusu qarşısında ölkəsinin çox zəif göründüyünü və zəif müdafiə olunduğunu da etiraf edib.//Teleqraf

Siyasi       Tarix: 19 mart 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Dünyanı nə gözləyir? – ABŞ və İranla bağlı mühüm AÇIQLAMA

ABŞ və İran arasında son dövrlər artan hərbi-siyasi gərginlik beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Tərəflərin qarşılıqlı təhdidləri, regionda hərbi fəallığın artması və diplomatik münasibətlərdə yaranan fikir ayrılıqlar

Vyetnamın 2020-ci ildəki dəstəyinə görə minnətdarıq - İlham Əliyev 

"Azərbaycanla Vyetnam beynəlxalq strukturlar çərçivəsində də fəal əməkdaşlıq edirlər. BMT, Qoşulmama Hərəkatı, AQEM çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan konstruktiv əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim"

Sahibə Qafarova Türkmənistanda işgüzar səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura və 61-ci plenar iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfər edib. Bu barədə -a Mill

Paşinyandan müxalifətə sərt hədə: 'Azərbaycanla sülhə mane olursunuz

Ermənistanın baş naziri Nikol Paşinyan parlament müxalifətini Azərbaycanla sülhə maneə adlandırıb və siyasi proseslərin elə istiqamətdə inkişaf edə biləcəyini bildirib ki, müxalifət nümayəndələri artıq qanunverici orqand

Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-də Vyetnam Sosialist Respublikasının vitse-prezidenti Vo Ti An Suan ilə görüşüb. Görüşdə ölkələrimiz arasında münasibətlərin iki xalqın bi

Ermənistan Azərbaycan və Türkiyə sisteminə QOŞULUR - Paşinyan yeni planını AÇIQLADI

TRIPP proqramının əsas istiqamətlərindən biri energetika və elektrik enerjisinin tranzitidir. KONKRET.azxəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Ermənista

Azərbaycanla Özbəkistan arasında pensiya təminatı sahəsində əməkdaşlıq Sazişi təsdiqləndi

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb. Qeyd edək ki

Ağdamın Qayıdışı Ali Baş Komandanın qalib hərbi-siyasi iradəsinin nəticəsidir

"Azərbaycanın Zəfər təqvimində 20 noyabrın xüsusi yeri var. Altı il əvvəl Qarabağın ən böyük iqtisadi, mədəni və inzibati mərkəzlərindən biri olan Ağdam 27 illik işğaldan azad edildi. Vətən müharibəsinin başa çatmasında

Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama

Azərbaycan Avropanın böyük bir hissəsi, o cümlədən Almaniya üçün enerji resurslarının, ilk növbədə, neftin mühüm və etibarlı təchizatçısıdır. Report-a istinada xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadefu


son xeberler azerbaycan xeberleri yeni xeberler axsam.az xeberler valyuta məzənnələri cəbhədən son məlumat xeber saytlari