Müharibədən sonra Ukraynada sosial partlayış olacaq - ÖZƏL

Müharibədən sonra Ukraynada sosial partlayış olacaq - ÖZƏLUkraynada işğalçı müharibə aparan Rusiya hələlik öz məqsədinə çata bilməyib. Kreml 72 saat ərzində Kiyevi ələ keçirməyi planlasa da, müharibə üç aydan çoxdur ki, davam edir. Təbii ki, bütün bunlar şimal qonşumuzu daha da azğınlaşdırır. Öz torpaqları uğrunda savaşan Ukrayna xalqı isə getdikcə daha çətin vəziyyətə düşür. Belə ki, Rusiya baş nazirinin müavini Marat Xusnullin bildirib ki, "Zaporojye" AES bundan sonra Rusiyanın xeyrinə və onun maraqlarına uyğun işləyəcək. Eləcə də orada istehsal olunan elektrik enerjisi nəzəri olaraq Ukraynaya verilə bilər, ancaq rəsmi Kiyev bunun əvəzində müvafiq ödəniş etməli olacaq.
Bəs görəsən, Ukrayna belə olan təqdirdə enerji problemi necə həll edəcək?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Yeganə Hacıyeva cavablandırıb. O bildirib ki, "Zaporojye" AES Ukraynanın enerji təminatında həyati əhəmiyyət kəsb edir:
"Rusiya müharibənin ilk günlərindən Ukraynada yerləşən həyati əhəmiyyətli mülki obyektləri və resursları sıradan çıxarmağa və məhv etməyə çalışır. Rusiya baş nazirinin müavininin bu açıqlaması əslində beynəlxalq hüququn növbəti dəfə ayaqlar altına  alınması deməkdir. "Zaporojye" AES Ukraynanın enerji təminatında həyati əhəmiyyət kəsb edir. Ona görə də Rusiya hərbi əməliyyatlara başladığı ilk günlərdən məhz həmin əraziləri nəzarətə götürmək istəyirdi. "Zaporojye" AES-in ələ keçirilməsi birmənalı olaraq işğal faktorudur. İndi Rusiya elektrik enerjisinə görə Kiyevdən pul tələb edir. Dünya təcrübəsində belə hal ilk dəfədir ki, yaşanır. İşğalçının bu tələbi Rusiyanın həyasızlığının pik həddidir. Bir ölkənin enerji resurslarını işğalla ələ keçirib ondan pul tələb etməyin başqa adı yoxdur. Rusiyanın qarşısında dayana biləcək yeganə dövlət Almaniya ola bilərdi. Lakin Almaniyanın kansleri Olaf Şolts Rusiyaya təzyiq göstərmək əvəzinə  Ukraynadan güzəştə getməyi tələb edir. Hətta Şoltsun Rusiya ilə gizli əlaqələrinin olmasına dair məlumatlar yayılır".
Müharibədən sonra Ukraynada sosial partlayış olacaq - ÖZƏLPolitoloq bildirib ki, enerji problemi ölkədə ciddi sosial partlayışa səbəb ola bilər:
"Ukraynada sentyabr ayından başlayaraq hava soyumağa başlayır. Bu isə o deməkdir ki, Ukraynanın enerji təminatı ilə bağlı iş görə bilməsi üçün  iki-üç ay vaxtı var. Əgər lazımi işlər görülməsə böyük şəhərlərin enerji təminatında ciddi problemlər yaşanacaq. Nəticədə isə Ukrayna xalqı Avropaya axın edəcək və Avropada növbəti miqrant böhranı yaşanacaq. Məsələ burasındadır ki, Ukraynanın siyasi rəhbərliyi səriştəsizdir. Xaricdən ölkəyə maliyyə gəlməklə problemlər həll oluna bilməz. Ölkənin öz resursları olmadan dövlət ayaqda qala bilməz. Resursların icra mexanizmi isə mövcud deyil. Ukrayna səriştəsiz idarəetməyə görə bu həddə çatıb. Bu mənada müharibədən sonra ölkədə ciddi sosial partlayış olacaq. Hakimiyyəti bu problemləri həll edə biləcək mexanizmləri isə yoxdur".
Şəbnəm Mehdizadə,
KONKRET.az
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

Siyasi       Tarix: 26 may 2022
f Paylaş

Oxşar xəbərlər

Finlandiya və Norveç Rusiyadan olan idmançılara qapıları bağladı – Müharibə bitənədək ölkəyə giriş qadağan edildi

Finlandiya və Norveç Ukraynaya qarşı müharibə başa çatana qədər Rusiyadan olan idmançıların ölkələrinə girişinə qadağa qoyub. xəbər verir ki, yeni qərara əsasən, rusiyalı idmançılar bu ölkələrin ərazisində keçirilən beynəlxal

Azərbaycan sabitliyin ciddi amilidir - Şimali Makedoniyanın Prezidenti

Azərbaycan sabitliyin ciddi amilidir, 2028-ci ildə Avropa Siyasi Birliyinin (ASB) sammitinin ölkədə keçirilməsi isə Bakıya göstərilən etimadı, onun regional və beynəlxalq proseslərdəki rolunun tanındığını nümayiş etdirir

Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib

İrəvanda yerləşən, Azərbaycan xalqının qədim tarixi-mədəni irsinin nümunələrindən biri olan Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsinin adının verilməsi tarixi-mədəni kimliyin təhrif olunmasına yönəlmiş növbət

XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb

Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə medianın sualına cavab olaraq bildirib. O qeyd edib ki, noyabrın 12-d

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərində 14 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən ağır yol qəzası ilə bağlı başsağlığı verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X"

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

"Avropa Siyasi Birliyi"nin Dublin Sammiti Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun, enerji və nəqliyyat sahələrində tərəfdaşlığının, eləcə də regional sülh təşəbbüslərinin müzakirəsi baxımından mühüm əhəmiyyə

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır

Çin Özbəkistan və Qazaxıstanla həftəlik aviareyslərin sayına qoyulan məhdudiyyətləri artırmağa razılıq verib. Eyni zamanda, Mərkəzi Asiyanın iki qonşu ölkəsi arasında imzalanan ayrıca razılaşma Daşkənd, Almatı və Astana istiqamətlərind

İrlandiyadakı tarixi görüş - Kameralara belə düşdü

Məlum olduğu kimi, Dublində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. -ın məlumatına görə, liderlərin görüşü Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısı çərçivəsind

Azərbaycan Prezidenti Dublində rumıniyalı həmkarı ilə görüşüb

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb. xəbər verir ki, dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu bildirən Prezident Nikuşor Dan ölkələrimi


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən şad xəbər ensonxeberler cəbhədən son vəziyyət şou biznes xəbərləri