Müştərilər "Premium Bank"dakı pullarını geri götürür

Müştərilər Müştərilər tərəfindən "Premium Bank" ASC-yə yerləşdirilən depozitlərin həcmi azalıb.
AZXEBER,COM Yeniavaz.com-a istinadən xəbər verir ki, 2023-cü illə müqayisədə 2024-cü ildə fiziki şəxslərin "Premium Bank"dakı depozitləri 11,7% və ya 38,8 milyon manat, hüquqi şəxslərin bankdakı depozitləri isə 10,6% və ya 10,2 milyon manat azalıb.Bu ilin əvvəlinə olan məlumata görə, fiziki şəxslərin "Premium Bank"da 292 milyon, hüquqi şəxslərin isə 85,7 milyon manat depoziti olub.
Qeyd edək ki, son 3 ildir hüquqi şəxslərin "Premium Bank"da yerləşdirdikləri depozitlər davamlı olaraq azalır. Belə ki, hüquqi şəxslərin "Premium Bank"dakı depozitləri 2021-ci ildə 191 milyon, 2022-ci ildə 125,8 milyon, 2023-cü ildə isə 95,9 milyon, 2024-cü ildə isə 85,7 milyon manat olub.Məlumat üçün bildirək ki, "Premium Bank"ın əsas səhmdarı AZAL-ın sabiq prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevadır. 1994-cü ildə "AZAL Səhmdar Kommersiya Bankı" kimi fəaliyyətə başlayan, daha sonra adını 2 dəfə dəyişərək, əvvəlcə "Bank Silk Way" ASC, hazırda isə "Premium Bank" ASC adlanan bankın səhmlərinin 84,5%-i Zərifə Həmzəyevaya məxsusdur.
Onu da bildirək ki, son illər Azərbaycanda bağlanan bankların sayı artıb. Belə ki, təkcə son 2 ildə 3 bankın lisenziyası ləğv olunub. 2023-cü ildə Mərkəzi Bank tərəfindən 2 bank – "Günay Bank" ASC və "Muğanbank" ASC, 2024-cü ildə isə "Naxçıvanbank" ASC bağlanıb. / azxeber.com

İqtisadiyyat       Tarix: 17 yanvar 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl sürətlə ucuzlaşacaq

İnflyasiyanın davam etməsi və ABŞ dollarının möhkəmlənməsi dünya bazarında qızılın qiymətinin aşağı düşməsinə səbəb olacaq. Xarici ekspertlərin sözlərinə görə, bu ilin sonunadək qızılın bir troya unsiyasının qiyməti 3 50

Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib

"Süni İntellektlə Müasir Məktəb" (SIMM) layihəsi çərçivəsində Gəncə və Xankəndidə müəllimlər üçün təcrübi təlim sessiyaları təşkil olunub. Təlimlərdə 18 məktəbdən 100 müəllim iştirak edib. Layihəyə müəllimlər tərəfində

Gələn il bu müavinətlər artırılacaq

2027-ci ildə uşağın doğulmasına görə birdəfəlik və 3 yaşınadək uşaqlara qulluğa görə aylıq sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə

SOCAR: Naxçıvan Muxtar Respublikasına yanacaq tədarükü Türkiyə və Gürcüstan ərazilərindən həyata keçirilir

Naxçıvan Muxtar Respublikasına yanacaq tədarükü Türkiyə və Gürcüstan ərazilərindən həyata keçirilir. Bu barədə Naxçıvan Muxtar Respublikasının yanacaqla etibarlı təchizatı ilə bağlı AZƏRTAC-ın sorğusuna cavab olaraq SOCAR-da

Honor X9d və Honor Turbo: hansı dözümlü smartfon daha uzun müddət enerji saxlayır?

Bir şarjla gün ərzində rahat işləmək, təsadüfi zərbələrdən qorxmamaq və bütün bunları ağır korpusa ehtiyac duymadan əldə etmək istəyənlər üçün HONOR-un iki maraqlı modeli var! HONOR X9d və HONOR Turbo böyük batareyaları

Gələn ildən gəlir vergisi bu qədər olacaq

Gələn il yanvarın 1-dən fiziki şəxslərin aylıq gəlirlərindən tutulan gəlir vergisinin dərəcələri artırılır. xəbər verir ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, yeni vergi dərəcələri 2027-ci il yanvarın 1-dən 2028-c

Qızılın qiyməti aşağı düşüb

Comex birjasında 2026-cı ilin dekabrında çatdırılma müddəti ilə qızıl fyuçerslərinin qiyməti 2025-ci il sentyabrın 29-dan bəri ilk dəfə bir troya unsiyası üçün 3 800 dollardan aşağı düşüb. xəbər verir ki, Bakı vaxtı ilə saa

Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi

Qanlı Gölün yeni həyatı: "Kristal" göl ətrafınımüasir istirahət məkanına çevirəcək. Bakının Yasamal rayonunda yerləşən Qanlıgölün ətrafında genişmiqyaslı abadlaşdırma və yenidənqurma layihəsinin icrasınabaşlanılıb

Sahil Babayev: 'Daha 35 dövlət müəssisəsinin III rüb üzrə maliyyə göstəriciləri təhlil edilir

Bu il Azərbaycanda dövlət müəssisələrinin maliyyə vəziyyətinin monitorinqi çərçivəsində I rüb üzrə 10, II rüb üzrə 22 müəssisənin maliyyə göstəricilərini əhatə edən hesabatlar hazırlanıb, hazırda daha 35 müəssisənin II rü


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber.az cəbhədən son görüntülər xəbər az ensonxeberler