Naftalanda 20 Yanvar faciəsinin anım tədbiri keçirildi - FOTOLAR
1990-cı ilin 20 Yanvar təqvimi tariximizdə xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi mübarizənin şərəfli tarixidir. 20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycanın müstəqillik tarixinin parlaq səhifələrindən biri kimi daim xatırlanacaq və gələcək nəsillərə örnək olacaqdır.
Respublikamızın bütün bölgələrində olduğu kimi Naftalan şəhərində də 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə əlaqədar olaraq anım tədbiri keçirilib.
Anım tədbirində ŞİH-nin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Naftalan şəhər təşkilatının sədri, şəhid ailələri, müharibə iştirakçıları, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar, şəhər ictimaiyyəti iştirak edib.
Faciə qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq "Vətən Uğrunda Həlak Olanların Memorial Kompleksi" ziyarət olunub.
Naftalan şəhərinin inzibati ərazisində də şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq dövlət bayraqları endirilib, saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillər vasitəsi ilə səs siqnalları verilib





/ azxeber.com

Yekun bəyanat qəbul edildi
Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama
Ermənistan Azərbaycan və Türkiyə sisteminə QOŞULUR - Paşinyan yeni planını AÇIQLADI
Şəkidə 4 yaşlı qıza it hücum edib - Xəsarət yetirdi
Trampın İran planı üzə çıxdı - TƏCİLİ
"Aquşa" ilə bağlı xoşagəlməz fakt - XƏBƏRDARLIQ
Şəmkirdə vəzifəli şəxs öldü
Məktəbdə həyəcanlı anlar: Uşaqlar helikopterlə xəstəxanaya çatdırıldı
İranda növbəti dəfə zəlzələ olub, Naxçıvanda da hiss edilib
Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi
İcarəyə götürdüyü avtomobillə yol kənarındakı piyadanı vurdu
Əməkdar müəllim vəfat etdi
38 yaşlı aktyor faciəli şəkildə həyatını itirdi
Tanınmış həkim həbs olundu
Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib