Naftalanda sağlamlıq turizmi mövzusunda beynəlxalq elmi konfrans keçirilib - FOTOLAR

Naftalanda sağlamlıq turizmi mövzusunda beynəlxalq elmi konfrans keçirilib - FOTOLAROktyabrın 8-də Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Dövlət Turizm Agentliyi və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı, "PMD Hospitality"nin tərəfdaşlığı ilə Naftalanda beynəlxalq elmi konfrans işinə başlayıb.
"Naftalan - Sağlamlıq və Turizmin Sinerji Mənbəyi. Regionda Yeni Reallıqlar" adlı beynəlxalq elmi konfransın keçirilməsində əsas məqsəd Naftalan şəhərinin regionda kurort fəaliyyətinin və turizmin inkişafında sinerji mənbəyi kimi rolunun və potensialının dəyərləndirilməsidir.
İştirakçılar öncə Ulu Öndər Heydər Əliyevin abidəsini, həmçinin  Memorial Xatirə Kompleksini ziyarət  ediblər. Heydər Əliyev Mərkəzində Ümummilli liderin həyat və yaradıcılığını əks etdirən stendlərə baxış keçirildikdən sonra konfrans açıq elan olunub. 
Açılış nitqi ilə çıxış edən Naftalan ŞİH-nin başçısı Vüqar Novruzov Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin, öz ardıcıllığı ilə seçilən və yeni dövrün reallıqlarını özündə ehtiva edən uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycanın dünya ölkələri arasında böyük nüfuz sahibinə, etibarlı tərəfdaşa və regionda sülhün və stabilliyin qarantına çevrildiyini qeyd edib. O, Naftalanın dünyada unikallığı ilə tanınan müalicəvi turizm potensialı haqqında məlumat verərək hazırda şəhərdə beynəlxalq standartlara cavab verən hotel və sağlamlıq mərkəzlərinin gün ərzində 3400-dən çox insana xidmət göstərmək imkanına malik olduğunu bildirib.  
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov azad olunan ərazilərdə aparılan irimiqyaslı bərpa-quruculuq işləri haqqında məlumat verərək Qarabağın zəngin turizm potensialının bölgənin yenidən qurulmasında mühüm rol oynaya biləcəyini diqqətə çatdırıb. 
Emin Hüseynov Qarabağda turizmin müxtəlif növləri üzrə potensialın mövcudluğunu bildirərək vətəndaşların böyük qayıdışının təmin edilməsi, baza ve sosial infrastrukturun yaradılmasının bu potensialın istifadəsində əsaslı rol oynayacağını bildirib. 
Qarabağın hava qapısı hesab olunan Füzuli beynəlxalq hava limanının tikilməsinin bölgənin turizminə töhfə verəcəyini qeyd edən Emin Hüseynov əlavə edib ki, azad edilmiş şəhərlərdə iş imkanlarını təmin etməklə innovasiyaların tətbiqi iqtisadi bərpa və inkişafı hədəfləyir. 
Konfransda çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Naftalanın ölkəmiz üçün həm regional turizmin, həm də sağlamlıq turizminin inkişafı baxımından vacib destinasiya olduğunu, son illərdə investisiya qoyuluşunda güzəştlərin tətbiqi ilə Naftalanda həm yeni infrastrukturun yaradılması, həm də mövcud infrastrukturun bərpası və yenidənqurulması istiqamətində irimiqyaslı işlər aparıldığını qeyd edib. O bildirib ki, Naftalanın müalicəvi turizm üzrə beynəlxalq rəqabət qabiliyyətinin artırılması üçün əlavə turizm xidmətlərin təşkil olunması, kurort və yeni sağlamlıq məhsullarının çeşidinin artırılması önəmli məqamlardandır. Naftalanın Suqovuşanda formalaşdırılacaq turizm kompleksinə məsafə baxımından yaxınlığını vurğulayan Fuad Nağıyev Naftalan-Suqovuşan turizm dəhlizinin inkişaf etdirilməsi üzrə layihələndirmə işlərinin aparıldığını əlavə edib.
İki gün davam edəcək konfransda Azərbaycan, Türkiyə, Latviya, Litva, Ukrayna, Rusiya, Almaniyadan olan turizm, səhiyyə, sanatoriya-kurort sahələrinin mütəxəssisləri, eləcə də dövlət orqanları, hökumət və ictimai təşkilat nümayəndələri iştirak edirlər. 
Tədbirdə, həmçinin Azərbaycan Respublikasının Səhiyyə Nazirinin müavini İlqar Qasımov,  Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini  Rauf Hacıyev, millət vəkili Anar Məmmədov, SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov, Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, "PMD Hospitality" MMC-nin baş icraçı direktoru Samir Qurbanov və digər rəsmilər çıxış ediblər. Çıxışlarda ölkəmizin işğaldan azad olunmuş bölgələrində turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq standartlara cavab verən turizm xidmətlərinin formalaşdırılması, mövcud turizm potensialından istifadə imkanlarının genişləndirilməsi, sağlamlıq və turizm fəaliyyətinin stimullaşdırılması, yeni turizm marşrutlarının yaradılması, habelə ölkəmizin sağlamlıq və turizm xidmətlərinin rəqabət qabiliyyətinin yüksəldilməsini xüsusi vurğulanıb. 
Daha sonra konfrans işini panel müzakirələrlə davam etdirib. İştirakçılar Naftalan neftindən hazırlanmış məhsullarla, o cümlədən dünyada neftlə rəsm çəkən yeganə rəssam Sabir Çopuroğlunun ustad dərsi ilə tanış olublar.
Konfrans çərçivəsində Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası və Almaniya Tibbi Sağlamlıq Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.
Naftalanda sağlamlıq turizmi mövzusunda beynəlxalq elmi konfrans keçirilib - FOTOLARNaftalanda sağlamlıq turizmi mövzusunda beynəlxalq elmi konfrans keçirilib - FOTOLARNaftalanda sağlamlıq turizmi mövzusunda beynəlxalq elmi konfrans keçirilib - FOTOLARNaftalanda sağlamlıq turizmi mövzusunda beynəlxalq elmi konfrans keçirilib - FOTOLARNaftalanda sağlamlıq turizmi mövzusunda beynəlxalq elmi konfrans keçirilib - FOTOLARNaftalanda sağlamlıq turizmi mövzusunda beynəlxalq elmi konfrans keçirilib - FOTOLARNaftalanda sağlamlıq turizmi mövzusunda beynəlxalq elmi konfrans keçirilib - FOTOLARNaftalanda sağlamlıq turizmi mövzusunda beynəlxalq elmi konfrans keçirilib - FOTOLARNaftalanda sağlamlıq turizmi mövzusunda beynəlxalq elmi konfrans keçirilib - FOTOLARNaftalanda sağlamlıq turizmi mövzusunda beynəlxalq elmi konfrans keçirilib - FOTOLARNaftalanda sağlamlıq turizmi mövzusunda beynəlxalq elmi konfrans keçirilib - FOTOLARNaftalanda sağlamlıq turizmi mövzusunda beynəlxalq elmi konfrans keçirilib - FOTOLARNaftalanda sağlamlıq turizmi mövzusunda beynəlxalq elmi konfrans keçirilib - FOTOLARNaftalanda sağlamlıq turizmi mövzusunda beynəlxalq elmi konfrans keçirilib - FOTOLARNaftalanda sağlamlıq turizmi mövzusunda beynəlxalq elmi konfrans keçirilib - FOTOLAR/ azxeber.com

Sosial       Tarix: 08 oktyabr 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən yeni xəbərlər xeberlər cəbhədən ən son xəbərlər