Naftalanda Zəfər Günü qeyd edilib - FOTOLAR
Respublikanın bütün bölgələrində olduğu kimi Naftalanda da xalqımızın qəhrəmanlıq salnaməsinə çevrilən 8 noyabr-Zəfər Günü böyük təntənə ilə qeyd olunur.
azxeber.com xəbər verir ki, tədbirdə ŞİH-nin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, tarix elmləri doktoru, professor, "Əməkdar elm xadimi" Solmaz xanım Rüstəmova-Tohidin, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər, həmçinin turistlər iştirak edib.
İlk olaraq iştirakçılar Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən foto-eksponatlara, zəfər təntənəsini özündə əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxış keçiriblər, həmçinin məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbirdə çıxış edənlər xalqımızı eləcə də Naftalanlıları Zəfər Günü münasibətilə təbrik edib. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 il davam edən işğala 44 gündə son qoydu, düşməni əzəli torpaqlarımızdan qovdu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. İcra başçısı əldə olunan qələbənin nəinki Azərbaycan, həmçinin dünya hərb və diplomatiya tarixinin ən unikal hadisələrindən biri olduğunu bildirib.
Tədbir "Zəfərin mübarək qüdrətli Vətən!" adlı konsert proqramı ilə davam etdirilib. Sonra Zəfər bayramı münasibəti ilə İcra Hakimiyyəti və Millət vəkili tərəfindən Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına ziyafət verilib.











Turlar.az [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var