Nağdsız ödənişlər artsa da, bankomat növbələri niyə bitmir? – Ekspertlərdən açıqlama

Nağdsız ödənişlər artsa da, bankomat növbələri niyə bitmir? – Ekspertlərdən açıqlamaNağdsız ödənişlərin həcmi ildən-ilə artsa da, bankomatların qarşısında yaranan növbələr hələ də gündəlik həyatın dəyişməyən mənzərələrindən biridir.
Xüsusilə maaş, pensiya və sosial ödənişlərin verildiyi günlərdə bankomatların qarşısında uzun növbələr müşahidə olunur. Nağdsız ödənişlərin geniş yayıldığı bir dövrdə insanların bankomatlardan aktiv istifadə etməsi diqqət çəkən məqamlardan biridir.
Mövzu ilə bağlı azxeber.com-a danışan iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, növbələrin yaranmasının əsas səbəbi insanların nağd pula üstünlük verməsidir:
Nağdsız ödənişlər artsa da, bankomat növbələri niyə bitmir? – Ekspertlərdən açıqlama"Bankomatların qarşısındakı növbələr daha çox pensiya ödənişlərinin həyata keçirildiyi günlərdə müşahidə olunur. Bunun əsas səbəbi təqaüdçülərin vəsaitlərini nağdlaşdırmağa üstünlük vermələridir. Onlar ödəniş edilən gün bankomatlara üz tuturlar. Bu isə əsasən yeni texnologiyalardan məhdud istifadə etmələri ilə bağlıdır. Bir çoxu bank kartlarını mobil telefonlara inteqrasiya etmək və ya rəqəmsal ödəniş vasitələrindən istifadə etməkdə çətinlik çəkir. Rəqəmsal imkanlar barədə məlumatlılıq səviyyəsinin aşağı olması da onların alış-veriş zamanı nağd pula üstünlük verməsinə səbəb olur".
Ekspert qeyd edib ki, nağdsız ödənişlərin həcmi artsa da, cəmiyyətdə nağd puldan istifadə vərdişi hələ də qalmaqdadır:
"Bəzi şəhərlərdə, xüsusilə ərzaq bazarlarında POS-terminallar və onlayn ödəniş imkanları ya məhduddur, ya da ümumiyyətlə mövcud deyil. Buna görə də alış-veriş əsasən nağd şəkildə həyata keçirilir. Digər tərəfdən, yaş amili də mühüm rol oynayır. Yaşlı insanların texnologiyadan istifadə bacarıqları məhduddur. Rəqəmsal ödənişlərdən istifadə üçün müasir smartfonlara ehtiyac var və hər kəsdə belə telefon yoxdur. Eyni zamanda, onlar uzun illər ərzində formalaşmış vərdişə uyğun olaraq nağd pula üstünlük verirlər. Bu da bankomatların qarşısında növbələrin yaranmasına səbəb olur".
İqtisadçı Natiq Cəfərli isə hesab edir ki, növbələrin əsas səbəblərindən biri insanların bank kartlarının təhlükəsizliyi ilə bağlı narahatlığıdır:
Nağdsız ödənişlər artsa da, bankomat növbələri niyə bitmir? – Ekspertlərdən açıqlama"Son zamanlar bank kartlarından pul oğurlanması, dələduzluq halları və vətəndaşların müxtəlif üsullarla aldadılması halları artıb. Buna görə də insanlar maaş və pensiyalarını alan kimi vəsaitlərini nağdlaşdırmağa üstünlük verirlər. Bu tendensiya da bankomatların qarşısında yaranan növbələrin əsas səbəblərindən birinə çevrilib".
Fəridə Əsədzadə

İqtisadiyyat       Tarix: 14 iyul 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Azercell-dən "MiFi" və "Wi-Fi" cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azercell "MiFi" və "Wi-Fi" cihazlarını əldə edən abunəçilər üçün xüsusi təklif təqdim edir. Kampaniya çərçivəsində bu cihazları alan abunəçilərə 60 GB internet paketi hədiyyə olunur. Eyni zamanda, müştərilər

Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək

17 oktyabrda "AWS User Group Baku"nun təşkilatçılığı və Azercell-in dəstəyi ilə Bakıda "AWS Agentic Football Cup" keçiriləcək. Tədbirdə iştirakçılar süni intellektlə idarə olunan futbol komandaları yaradara

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur


son xeberler yeni xeberler azerbaycan xeberleri havanın temperaturu xəbərlər son xəbərlər bugün 2026 beynelxalq bank mezenne