Namizədlər mediadan niyə qaçır? – Səbəblər AÇIQLANDI

Namizədlər mediadan niyə qaçır? – Səbəblər AÇIQLANDI"Çoxları elə düşünür ki, bunları təbliğ etmək, lüzumlu yaxud lüzumsuz fikirlərini tirajlamaq mətbuatın borcudur".
Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanda sentyabrın 1-i keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat mərhələsi çərçivəsində namizədlərin ödənişli media imkanlardan yararlanmamasının səbəbləri haqda danışan Jurnalist Araşdırmaları Mərkəzinin sədri, jurnalist Seymur Verdizadə deyib.
Onun sözlərinə görə, ölkəmizdə nəinki deputatlığa namizədlər, hətta imkanlı şəxslər, biznesmenlər belə mətbuata pul xərcləməkdə xəsislik edirlər:
"Çoxları elə düşünür ki, bunları təbliğ etmək lüzumlu, yaxud lüzumsuz fikirlərini tirajlamaq mətbuatın borcudur. Bu mənada son illər Azərbaycanda mətbuata pul xərcləmək istəyən, medianın maddi texniki bazasının güclənməsinə töhfə vermək istəyən insanların sayı sürətlə azalır. Biz hazırda davam edən təbliğat kampaniyası dövründə də bunu müşahidə edə bilirik. Rəsmi məlumatlara görə, 1000-dən artıq namizəd deputat mandatlığı uğrunda mübarizə aparır. Mən onların heç 10 faizinin ödənişli medianın imkanlarından istifadə edəcəyini düşünmürəm. Şəxsi münasibətlər hesabına, dostbazlıq, qohumbazlıqla və digər amillərlə namizədlərin əksəriyyəti özlərini təbliğ etdirməyə üstünlük verirlər. Burada incə bir məqam da var. Mən MSK-nın saytında namizədlərin sosial mənsubiyyəti barədə məlumatları nəzərdən keçirmişəm. Məlumatlara görə, namizədlərin 18 faizi işsizdir".
S.Verzadə qeyd edib ki, sentyabr ayının 1-də keçiriləcək parlament seçkilərində deputat mandatında mübarizə aparan iddialıların arasında xeyli sayda pensiyaçı da var:
"Yəni, bəzi namizədlərin maddi durumu ödənişli media imkanlarından istifadə etməyə imkan vermir. Elə dairə var ki, orada namizədliyini irəli sürmüş 7 nəfərdən 6-sı işsizdir. Düşünürəm ki, işsiz olan yaxud pensiyanın ümidinə qalan insanlardan da ciddi dəstək gözləməyə dəyməz. İstənilən halda, media seçki prosesini işıqlandırmalı, tərəflər arasında bərabər şərait yaratmaldır, amma media bu prosesdə tərəf olmamalıdır. Mən budəfəki parlament seçkilərinin mətbuatın maddi imkanlarını yaxşılaşdıracağınə düşünmürəm". / azxeber.com

Sosial       Tarix: 13 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü

Bakıda ağır qəza zamanı xəsarət alan şəxs iş adamı imiş. -a istinadən xəbər verir ki, noyabrın 4-də paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs iş adamı Şənli

Deputatdan "Şərurlu İsfəndiyar"ın tələbələrlə görüşünə İRAD: "Uğurları onu nümunə etmir

"Şərurlu İsfəndiyar" kimi tanınan tikinti maqnatı, "Şərur" MTK-nın rəhbəri İsfəndiyar Axundovun Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri ilə görüşməsi ictimaiyyət tərəfindən müxtəlif reaksiyalarl

Qızıl və gümüş bahalaşdı

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 55,1 dollar artaraq 4 130 dollar təşkil edib. xəbər verir ki, gümüş isə 1,18 dollar artaraq 53,12 dollara bərabər olub

Şəhidin ata-anası qəzada yaralandı - Fotolar

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Çeşməbasar kəndi ərazisində qeydə alınıb. "KamAZ" və "Hyundai" markalı avtomobillərin toqquşmas

Bakı-Astara magistralında qəza: Avtomobil piyadanı vurdu

Bakı-Astara magistral yolunda avtomobil piyadanı vurub. Hadisə magistral yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, minik maşını 1990-cı il təvəllüdlü Aynur Zəbiyevanı vurub. Zərərçəkən ağı

ADNSU əməkdaşının məqaləsi "Times Higher Education" platformasında dərc olundu

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirlinin ali təhsil müəssisələrində sosial media kommunikasiyasına həsr olunmuş məqaləsi beynəlxalq nüfuzlu"Time

Təbii qaz bahalaşdı - Yeni qiymətlər

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaları bahalaşıb. milliaz-a istinadən xəbər verir ki, əmtəə bazarlarında təbii qazın fyuçersləri 1 mln. BTU-ya görə (British thermal unit – Britaniy

Qızıl ucuzlaşdı: Azərbaycanda qiymətlər aşağı düşəcək? – İqtisadçıdan AÇIQLAMA

Dünya bazarında qızılın qiymətinin oktyabr ayında 7,3 faizdən çox ucuzlaşması son 18 ilin ən kəskin aylıq enişlərindən biri kimi diqqət çəkib. Qiymətlərdəki bu dəyişiklik Azərbaycanda da qızıl bazarının gələcəyi ilə bağl

Evdə pul saxlayanlara xəbərdarlıq - Hər il itirirsiniz

Bəzi insanlar pullarını banka qoyaraq faiz gəliri əldə etməyə üstünlük versə də, bir çoxları yığımlarını evdə, öz yanında saxlamağa üstünlük verir. Nənə-babalarımızdan miras qalan bu vərdiş bu gün də aktuallığını qoruyur


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbər az hava haqqinda qurban bayrami 2026 xəbərlər