"Napoli" - "Qarabağ" oyunu təxirə salınır?
Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində İtaliyada keçiriləcək "Napoli" – "Qarabağ" oyunu təxirə salına bilər.
KONKRET.az teleqraf-a istinadən xəbər verir ki, bununla bağlı İtaliya mətbuatı məlumat yayıb.
Buna səbəb Neapol şəhərində havanın əlverişsizliyidir. Yerli bələdiyyə hətta mərkəzi əraziləri "narıncı zona" elan edib. "Napoli" azarkeşləri isə parkların və digər ictimai məkanların bağlanmasına görə "Qarabağ"la oyunun təxirə salınma ehtimalından narahatdırlar.
Neapol şəhər bələdiyyəsi rəsmi açıqlamasında matçın təxirə salınmasının planlaşdırılmadığını bildirib:
"Sakinlərdən zərurət olmadığı təqdirdə mənzillərini tərk etməmələri xahiş olunur. Gün ərzində şimşək, yağış və şiddətli külək olacaq. "Dieqo Armando Maradona" stadionunda keçiriləcək "Napoli" – "Qarabağ" oyununun təxirə salınması nəzərdə tutulmur. Hava durumu pisləşərsə, əlavə məlumat veriləcək."
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA