"Nar" Azərbaycanda uşaq hüquqlarının təşviqinə dəstək olur - FOTOLAR
"Nar" 20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Günü ilə əlaqədar Bakı, Lənkəran və Şəkidə təşkil olunan maarifləndirmə kampaniyasına qoşulub.
azxeber.com xəbər verir ki, "Regional İnkişaf" İctimai Birliyi, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, "AzerGold" QSC və "Nar"ın təşkilatçılığı ilə keçirilən kampaniya 300 şagirdi və ümumi ictimaiyyəti əhatə edib. Əsas məqsəd həmin regionlarda təhsil mühiti vasitəsilə məktəblilərin hüquqları barədə məlumatlılığının artırılmasıdır.
Təşəbbüs çərçivəsində Lənkəran və Şəkidə uşaqların problemlərinə dair sosial teatr tamaşaları nümayiş edilib və interaktiv müzakirələr keçirilib. Bakıda isə uşaqların da iştirakı ilə uşaq hüquqlarına dair Debat Forum təşkil edilib.
Qeyd edək ki, "Nar"-ın əsas Korporativ Sosial Məsuliyyət (KSM) istiqamətlərindən biri də elm və təhsilin inkişafına yönəlib. Mobil operatorun Ümumdünya Uşaq Hüquqları Gününün təşviqinə dəstəyi gənc nəslin sağlam inkişafı üçün sarsılmaz öhdəliyini vurğulayır. Bu çərçivədə "Nar"ın reallaşdırdığı KSM layihələri haqqında daha ətraflı: nar.az/projects







Xidmetler [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var