"Nar" beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu

Sərfəli xidmətləri ilə tanınan "Nar" sosial məsuliyyət prinsiplərinə sadiqliyini davam etdirərək "Ümid oturacağı" layihəsinə dəstək verib.
azxeber.com xəbər verir ki, Bakıda keçirilən tədbir çərçivəsində 6–12 yaş arası fiziki məhdudiyyətli uşaqlara xüsusi təkərli oturacaqlar təqdim olunub, ümumilikdə 60 uşaq bu təşəbbüsdən faydalanıb. Təqdim olunan vasitələr uşaqların gündəlik həyatını asanlaşdırmaqla yanaşı, onların cəmiyyətə daha fəal inteqrasiyasını dəstəkləyir, yüngül, rahat və beynəlxalq standartlara uyğun olmaqla birlikdə cəlbedici dizaynı ilə həm fiziki rahatlığı, həm də özünəinamı artırır.
"Biz "Nar" olaraq, ESG strategiyamız çərçivəsində cəmiyyətin həssas qruplarının dəstəklənməsinə xüsusi önəm veririk. "Ümid oturacağı" kimi təşəbbüslər vasitəsilə fiziki məhdudiyyətli uşaqların həyat keyfiyyətinin yaxşılaşdırılmasına və onların cəmiyyətə daha fəal inteqrasiyasına töhfə vermək bizim üçün vacibdir", – deyə "Nar"ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova bildirib.
Qeyd edək ki, "Ümid oturacağı" beynəlxalq sosial təşəbbüsü dünyanın 23-dən çox ölkəsində həyata keçirilərək 10 mindən artıq uşağa dəstək olub və bu sahədə nümunəvi layihələrdən biri kimi tanınır. Layihə Azərbaycanda isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tərəfdaşlığı, İsrail Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinin təşəbbüsü və "Nar"ın iştirakı ilə həyata keçirilib.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən "Nar"son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında "Nar"ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

İqtisadiyyat       Tarix: 30 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu

"Yelo Bank" 2026-cı ilin üçüncü rübünün (yanvar-sentyabr) maliyyə nəticələrini açıqlayıb. Doqquz ay ərzində bank 17,3 milyon manat xalis mənfəət əldə edib, aktivlərini və kredit portfelini genişləndirib, kapita

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbər ən son xəbərlər bugün son xeberler bugun en son xeberler