"Nar" "JestPlus" tətbiqi üzrə maarifləndirici görüş keçirdi
Sərfəli mobil operator "Nar"ın dəstəyi ilə Peşə Əmək Reabilitasiya Mərkəzində "JestPlus" mobil tətbiqinin istifadəsinə həsr olunmuş maarifləndirici görüş keçirilib. Tədbirdə 30 eşitmə və nitq məhdudiyyətli şəxs iştirak edib. Görüşün məqsədi iştirakçıları "JestPlus" mobil tətbiqinin istifadə qaydaları və təqdim etdiyi imkanlarla tanış etmək olub.
Azərbaycanda ilk dəfə jest dilinin öyrənilməsi üçün yaradılan "JestPlus" tətbiqi istifadəçilərə interaktiv dərslər, testlər və praktiki tapşırıqlar vasitəsilə jest dilini sistemli şəkildə mənimsəməyə imkan verir. Tətbiq eşitmə və nitq məhdudiyyətli şəxslərin ünsiyyət imkanlarının genişləndirilməsinə, inklüzivliyin təşviqinə və jest dilinin daha geniş auditoriya üçün əlçatan olmasına xidmət edir. Bu mühüm sosial layihə "Nar"la yanaşı, ADA Universiteti və ADA Universiteti Fondunun, bp və onun tərəfdaşlarının dəstəyi ilə reallaşdırılıb. Qeyd edək ki, "JestPlus" tətbiqini "App Store" və "Google Play" platformalarından yükləmək mümkündür.
Tədbirdə Peşə Əmək Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Həsrətli, "Karlara Dəstək" İctimai Birliyinin sədr müavini Heydər Rəhimli, "Nar"ın Koprorativ sosial məsuliyyət və sponsor layihələri üzrə eksperti Nuranə Əliyeva və ADA Universitetinin nümayəndəsi, "JestPlus" layihəsinin texniki məsələlər üzrə rəhbəri Amir Adamov çıxış edərək rəqəmsal inklüzivliyin və əlçatan təhsil imkanlarının əhəmiyyətini vurğulayıblar. İnteraktiv formatda keçirilən görüş zamanı iştirakçılara tətbiqin funksiyaları nümayiş etdirilib, onların sualları cavablandırılıb və tətbiqdən istifadə ilə bağlı praktiki tövsiyələr təqdim olunub.
"Nar" cəmiyyətin müxtəlif qrupları üçün bərabər imkanların yaradılmasına və rəqəmsal əlçatanlığın artırılmasına yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edir.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən "Nar"son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında "Nar"ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.


/ azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır
Azərbaycanda kombi dövrü başa çatır? - Yeni istilik sistemi ilə bağlı AÇIQLAMA
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası qoyuldu