"Nar" nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub - FOTOLAR

İnklüziv cəmiyyətin inkişafına dəstəyinin davamı olaraq, "Nar" "Karlara Dəstək" İctimai Birliyi ilə birgə nitq və eşitmə məhdudiyyətli şəxslər üçün keçirdiyi modelyer-dizayner ixtisası üzrə peşə təlimlərini uğurla tamamlayıb. Üç ay davam edən təlimlərdə 18-40 yaş arasında olan nitq və eşitmə məhdudiyyətli 10 nəfər iştirak edib.
Layihə çərçivəsində iştirakçılar yeni peşə öyrənərək cəmiyyətə inteqrasiya olmaq, öz yaradıcılıq potensiallarını üzə çıxarmaq və müstəqil karyera qurmaq imkanı qazanıb. Təlimlər zamanı onlara modelyer-dizayner peşəsinin incəlikləri, o cümlədən parça seçimi, eskizlərin yaradılması və hazır məhsulun hazırlanması kimi praktiki bacarıqlar öyrədilib. Praktiki biliklərlə yanaşı, nəzəri biliklərin də yer aldığı proqram onların gələcəkdə peşəkar fəaliyyətlərini uğurla davam etdirmələrinə zəmin yaradır.
Sosial məsuliyyəti əsas fəaliyyət istiqamətlərindən biri kimi qəbul edən "Nar" inklüzivlik, təhsil və regional inkişaf sahələrində mühüm layihələr həyata keçirir. Mobil operator fiziki imkanları məhdud şəxslərə yönəlik sosial layihələrə dəstəyini davam etdirərək hər bir fərdin bərabər imkanlara sahib olmasına töhfə verməyi qarşısına məqsəd qoyur.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən "Nar" son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
/ azxeber.com

İqtisadiyyat       Tarix: 28 yanvar 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Pensiya alanların nəzərinə - Bu tarixdə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 13-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub

Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşilli

Bəzi məhsullar bahalaşıb - Siyahı

2026-cı ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-oktyabr aylarına nisbətən 5,6 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 faiz, qeyri-qida məhsulları üzr

Dünya Bankı ilə dövlət müəssisələrinin dividend siyasətinin təkmilləşdirilməsi müzakirə olunub

Azərbaycan və Dünya Bankı (WB) arasında dövlət müəssisələrinin dividend siyasətinin təkmilləşdirilməsini müzakirə edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolan

Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!  

Azercell-in 30 illik yubileyinə həsr olunan "30 il səninlə" lotereyası davam edir. Abunəçilərə dəyərli hədiyyələr qazanmaq fürsəti yaradan lotereya çərçivəsində fakturalı xətt abunəçiləri qarşıdakı tirajlarda ümumilikd

IMF: Azərbaycan, Qazaxıstan və Türkmənistan geosiyasi çağırışlar fonunda fayda əldə edəcək

Potensial geosiyasi və iqtisadi risklər Mərkəzi Asiya regionunun neft ixrac edən ölkələrinə, ilk növbədə, Azərbaycan, Qazaxıstan və Türkmənistana müsbət təsir göstərəcək. xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF

Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini açıqladı

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" 2025-ci il ərzində dayanıqlılıq istiqamətində əldə etdiyi nəticələri, həyata keçirdiyi layihələr

Müasir bankçılıq gündəlik həyatı necə asanlaşdırır?

Gündəlik həyatda maliyyə əməliyyatlarının sürətli və rahat olması artıq hər zamankından daha vacibdir. İnsanlar alış-veriş edərkən, ödənişlərini planlaşdırarkən, pul köçürərkən və şəxsi büdcələrinə nəzarət edərkən daha prakti

AccessBank tender elan etdi

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender Trellix DLP üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçü


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son dəqiqə novruz bayramı son.xeberler valyuta məzənnələri